Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2227/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxxxxxxxxx”MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon üçün 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, cəmi 188 (bir yüz səksən səkkiz) manat, İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon üçün 191 (bir yüz doxsan bir) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 210 (iki yüz on) manat ümumilikdə 398 (üç yüz doxsan səkkiz) manat borc, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 418 (dörd yüz on səkkiz) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon və İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon almış və nəticədə 398 (üç yüz doxsan səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon üçün 188 (bir yüz səksən səkkiz) manat olmaqla ondan, 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat (12 ay x 20 manat + 165 manat ilkin ödəniş) olan İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon üçün 210 (iki yüz on) manat olmaqla ondan, 191 (bir yüz doxsan bir) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 415 (dörd yüz on beş) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ciil tarixli müqavilələrdən görünür ki, “xxxxxxxxxxx” MMC alıcıya dəyəri 372 (üç yüz yetmiş iki) manat olan İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon və 405 (dörd yüz beş) manat olan İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon markalı telefonlarındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon üçün hər ay 31 manat və İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon üçün hər ay 20 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 372 (üç yüz yetmiş iki) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 171 (bir yüz yetmiş bir) manat borcunu ödəmədiyindən, həmin məbləğə 17 (on yeddi) manat cərimə hesablanmış, xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC-dən İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 405 (dörd yüz beş) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 191 (bir yüz doxsan bir) manat borcunu ödəmədiyindən, həmin məbləğə 19 (on doqquz) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxx” MMC-nin xeyrinə Cavabdeh İMEi kodu **********65946 Hoffmann Neo A900 markalı telefon üçün 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, cəmi 188 (bir yüz səksən səkkiz) manat, İMEi kodu **********25446 Samsung Galaxy J4 markalı telefon üçün 191 (bir yüz doxsan bir) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 210 (iki yüz on) manat ümumilikdə 398 (üç yüz doxsan səkkiz) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə 362 (üç yüz altmış iki) manat əsas borc, 36 (otuz altı) manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 418 (dörd yüz on səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2227/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2227/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver