Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2231/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxxxxxxxxx»MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 275 manat; Samsung markalı paltaryuyan üçün 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, cəmi 508 manat; Samsung markalı LED televizor üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 348 manat; Samsung markalı LED televizor üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 323 manat,İMEi kodu **********00047 Samsung J2 telefon üçün 343 (üç yüz qırx üç) manat ödənilməmiş hissə, 34 (otuz) manat cərimə, cəmi 377 manat, ümumilikdə 1831 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1861 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx» MMC ilə xx.xx.2017-ci il,xx.xx.2017-ci il , xx.xx.2017-ci il , xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon , Samsung markalı paltaryuyan, Samsung markalı LED televizor , Samsung markalı LED televizor, İMEi kodu **********00047 Samsung J2 telefon üçün almış və nəticədə 1831 (min səkkiz yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yцz dörd) manat (18 ay x 28 manat +0 manat ilkin ödəniş)İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon üçün 275 (iki yüz yetmiş beş)manat olmaqla ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1018 (min on səkkiz)manat (12 ay x 80 manat+58 manat ilkin ödəniş)Samsung markalı paltaryuyan üçün 508 (beş yüz səkkiz) manat olmaqla ondan, 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 50 manat+ 36 manat ilkin ödəniş)Samsung markalı LED televizor üçün 348 (üç yüz qırx səkkiz) manat olmaqla ondan, 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 644 (altı yüz qırx dörd)manat (12 ay x 49 manat+ 56 manat ilkin ödəniş)Samsung markalı LED televizor üçün 323 (üç yüz iyirmi üç) manat olmaqla ondan, 294 (ikiyiiz doxsan dörd)manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 411 (dörd yüz on bir)manat (12 ay x 33 manat+15 manat ilkin ödəniş)İMEi kodu **********00047 Samsung J2 telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat olmaqla ondan, 343 (üç yüz qırx üç)manat ödənilməmiş hissə, 34 (otuz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1548 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il,xx.xx.2017-ci il , xx.xx.2017-ci il , xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdən görünür ki, “xxxxxxxxxxx» MMC alıcıya alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat olan İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefonun, alqı-satqı qiyməti 1018 (min on səkkiz) manat olan Samsung markalı paltaryuyanın, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat olan Samsung markalı LED televizorun, alqı-satqı qiyməti 644 (altı yüz qırx dörd) manat olan Samsung markalı LED televizorun, alqı-satqı qiyməti 411 (dörd yüz on bir) manat olan İMEi kodu **********00047 Samsung J2 telefonundəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon üçün hər ay 28 manat, Samsung markalı paltaryuyan üçün hər ay 80 manat, Samsung markalı LED televizor üçün hər ay 50 manat, Samsung markalı LED televizor üçün hər ay 49 manat və İMEi kodu **********00047 Samsung J2 telefon üçün hər ay 33 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ciiltarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 504 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 250 manat borcunu ödəmədiyindən, həmin məbləğə 25 manat cərimə hesablanmış, xx.xx.2017-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən Samsung markalı paltaryuyan üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1018 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 462 manat borcunu ödəmədiyindən, həmin məbləğə 46 manat cərimə hesablanmışdır, xx.xx.2017-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən Samsung markalı LED televizor üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 636 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 316 manat borcunu ödəmədiyindən, həmin məbləğə 32 manat cərimə hesablanmışdır, xx.xx.2017-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən Samsung markalı LED televizor üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 644 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 294 manat borcunu ödəmədiyindən, həmin məbləğə 29 manat cərimə hesablanmışdır, xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx» MMC-dən İMEi kodu **********00047 Samsung J2 telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 411 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 343 manat borcunu ödəmədiyindən, həmin məbləğə 34 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ kodu **********79582 LG X 240 K8 markalı telefon üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 275 (iki yüz yetmiş beş) manat; Samsung markalı paltaryuyan üçün 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, cəmi 508 (beş yüz səkkiz) manat; Samsung markalı LED televizor üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, cəmi 348 manat; Samsung markalı LED televizor üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 323 manat, İMEi kodu **********00047 Samsung J2 telefon üçün 343 (üç yüz qırx üç) manat ödənilməmiş hissə, 34 (otuz) manat cərimə, cəmi 377 (üç yüz yetmiş yeddi) manat, ümumilikdə 1831 (bir min səkkiz yüz otuz bir) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx» MMC-nin xeyrinə 1665 (bir min altı yüz altmış beş) manat ödənilməmiş hissə, 166 (bir yüz altmış altı) manat cərimə olmaqla ümumilikdə 1831 (bir min səkkiz yüz otuz bir) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2231/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2231/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver