Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2239/2020 22.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdeh “xxxxxxxx” ASC «sayğacın dəyişdirilməsi öhdəliyinin qoyulması və vurulmuş mənəvi zərər» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı cavabdeh “xxxxxxxx” ASC «sayğacın dəyişdirilməsi öhdəliyinin qoyulması və vurulmuş mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin bir hissədə icraata götürülməsindən imtina edilməli və digər hissədə isə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın cavabdeh “xxxxxxxx” ASC-nin üzərinə işıq sayğacının dəyişdirilməsi öhdəliyinin qoyulması hissəsi müqavilə münasibətlərindən irəli gələn mübahisə olmayaraq, təbii inhisar subyektinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisədir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Təbii inhisarlar haqqında” Qanun) 5.1.3-cü maddəsinə görə elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq təbii inhisar–istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və ötürülməsi “xxxxxxxxxx” ASC tərəfindən həyata keçirilir. Bu təşkilat Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1996-cı il tarixli Fərmanına əsasən yaradılmış, onun səhmləri bütövlükdə dövlətə məxsusdur və o, elektroenergetika sahəsində təbii inhisar subyekti qismində fəaliyyət göstərir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar. Bu münasibətlərdə təbii inhisar xarakterli orqanlar bildiriş və xəbərdarlıq xarakterli aktlar qəbul edə bilərlər. Ehtiyac olduğu halda bu aktlar ümumi məhkəmələrdə mülki prosessual qaydada mübahisələndirilir. Lakin təbii inhisar subyektinin mülki hüquq fəaliyyətini həyata keçirməsi onun inzibati orqan olub-olmaması məsələsinin müəyyən edilməsi üçün həlledici meyar deyildir. Bu subyektlər digər şəxslərə münasibətdə məcburi olan aktlar da qəbul və icra edə bilər. Belə halda onların qəbul etdikləri aktlar inzibati akt kimi inzibati-iqtisadi məhkəmələrdə mübahisələndirilə bilər. Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmçinin Plenum həmin qərarında qeyd etmişdir ki, dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər. İnzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – İPM) normaları əsasında təbii inhisar müəssisəsinin inzibati aktları da məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, iddiaçının təbinin inhisar subyekti olan “xxxxxxxx” ASC-nin üzərinə işıq sayğacının dəyişdirilməsi öhdəliyinin qoyulmasını məhkəmədən tələb etməsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz və məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, müvafiq xahişlə “xxxxxxxx” ASC-yə müraciət etməli və əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, onun qərarının qanuniliyinin yoxlanılması və onun üzərinə müvafiq vəzifələrin qoyulması tələbi ilə müvafiq İnzibati məhkəmədə iddia qaldıra bilər. Bundan əlavə iddia ərizəsinin digər hissəsi, cavabdeh “xxxxxxxx” ASC-yə qarşı vurulmuş mənəvi zərər tələbidir ki, həmin hissədə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə qarşı iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məlum olduğu kimi, “xxxxxxxx” ASC-nin ünvanı ünvan 1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsinin vurulmuş mənəvi zərər hissəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia ərizənin “xxxxxxxx” ASC-nin üzərinə işıq sayğacının dəyişdirilməsi öhdəliyinin qoyulması hissəsi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata qəbul edilməsindən imtina edilməli; iddianın “xxxxxxxx” ASC-yə qarşı vurulmuş mənəvi zərər tələbinə dair hissəsi üzrə cavabdeh hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin yerləşdiyi rayon (şəhər) məhkəməsinə müraciət edilməli əsası ilə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “xxxxxxxx” ASC «sayğacın dəyişdirilməsi öhdəliyinin qoyulması» tələbinə dair hissəsi üzrə iddia ərizəsinin icraata götürülməsindən imtina edilsin. İddiaçı cavabdeh “xxxxxxxx” ASC «vurulmuş mənəvi zərər» tələbinə dair hissəsi üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah olunsun ki, müvafiq xahişlə “xxxxxxxx” ASC-yə müraciət etməli və əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, onun qərarının qanuniliyinin yoxlanılması və onun üzərinə müvafiq vəzifələrin qoyulması tələbi ilə müvafiq İnzibati məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin “xxxxxxxx” ASC-yə qarşı «vurulmuş mənəvi zərər» tələbinə olan hissəsinə isə ərazi aidiyyəti üzrə hüquqi şəxsin yerləşdiyi rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-2239/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2239/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver