Məhkəmə qərarları › İş №2(043)-2267/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2267/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2267/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Samsung J2 Prime” markalı telefon üçün 242 manat ödənilməmiş hissə, 24 manat cərimə olmaqla, cəmi 266 manat; xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı LED televizor üçün 653 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla, cəmi 718 manat; xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Samsung J2” markalı telefon üçün 305 manat ödənilməmiş hissə, 31 manat cərimə olmaqla, cəmi 336 manat; ümumilikdə 1320 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1350 manat pulun Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı ilə 28.092017-ci il tarixli, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********83938 “Samsung J2 Prime” markalı telefon, “Samsung” markalı LED televizor və İMEİ kodu **********24419 “Samsung J2” markalı telefon almış və nəticədə 1320 (min üç yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 410 (dörd yüz on) manat (18 ay x 22 manat + 14 manat ilkin ödəniş), İMEİ kodu **********83938 olan “Samsung J2 Prime” markalı telefon üçün 266 (iki yüz altmış altı) manat olmaqla ondan 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1575 (min beş yüz yetmiş beş) manat (18 ay x 82 manat + 99 manat ilkin ödəniş) olan “Samsung” markalı LED televizor üçün 718 (yeddi yüz on səkkiz) manat olmaqla ondan 653 (altı yüz əlli üç) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 423 (dörd yüz iyirmi üç) manat (12 ay x 34 manat + 15 manat ilkin ödəniş), İMEİ kodu **********24419 olan “Samsung J2” markalı telefon üçün 336 (üç yüz otuz altı) manat olmaqla ondan 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1208 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 240083 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh İddiaçı-dən qiyməti 410 manat olan “Samsung J2” markalı telefonu 2 illik zəmanətləvə telefon quraşdırma xidməti ilə 14 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 18 ay ərzində hər ayın 26-sı tarixində ayda 22 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli K0288198 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh ilə İddiaçı-dən qiyməti 1575 manat olan “Samsung” markalı LED televizoru 99 manat ilkin ödəniş etməklə 1 illik zəmanətlə hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 18 ay ərzində hər ay 82 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 40990 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh İddiaçı-dən qiyməti 300 manat olan“Samsung Galaxy J2” markalı telefonu qiyməti 30 manat olan 1 illik zəmanət və qiyməti 10 manat olan telefon quraşdırma xidməti ilə birlikdə 15 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 14-ü tarixində ayda 34 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 168 manat ödəmiş, 242 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 330 gün gecikdirmiş,xx.xx.2017-ci il tarixli müqavilə üzrə 922 manat ödəmiş, 653 manat borcu qalmış, ödənişləri 240 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 118 manat ödəmiş, 305 manat borcu qalmış, ödənişləri 732 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissəhissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyinin vaxtında və tam icra etməmişdir. Cavabdeh müqavilə üzrə iddiaçının göstərdiklərindən daha artıq ödənişlər etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə satılan əşyalar və xidmətin qiyməti konkret olaraq göstərilmişdir. Müqavilədə “Samsung J2” markalı telefonun qiyməti 300 manat, 1 illik zəmanətin qiyməti 30 manat və telefon quraşdırma xidməti qiyməti 10 manat qeyd edilmiş və tərəflər bu məbləğləri razılaşdırmışdır. İddiaçı ödəniş cədvəlinə əsasən hesablama apararaq həmin müqavilə üzrə cavabdehin “Samsung J2” markalı telefon və 1 illik zəmanət üçün 305 manat borcunun qaldığını göstərmişdir. Lakin, satılan mal və xidmətin qiyməti müqavilə ilə birbaşa təsbit edildiyindən məhkəmə ödəniş cədvəlinə əsasən hesablama aparılmasını düzgün hesab etmir və məhkəmənin qənaətinə görə malların qiyməti müqavilədə göstərilən qiymətlər çərçivəsində hesablanmalıdır. Beləliklə, iddiaçının təqdim etdiyi maliyyə arayşından göründüyü kimi cavabdeh ümumi qiyməti 340 manat olan “Samsung J2” markalı telefon, 1 illik zəmanət və telefon quraşdırma xidməti üçün 118 manat ödədiyindən həmin məbləğ müqavilədə göstərilmiş qiymətlərdən çıxılmaqla xx.xx.2018-ci il tarixli müqavilə üzrə 222 (340-118) manat ödənilməmiş hissə tutulmalıdır. Qalan müqavilələr üzrə ödənilməmiş hissə tələbləri müqavilələrə uyğun olduğundan həmin müqavilələr üzrə iddiaçının tələb etdiyi məbləğlərdə ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 24 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 65 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 31 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan, həmçinin cavabdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə tələb olunan cərimə məbləğlərində güzəşt edildiyindən iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 653 (altı yüz əlli üç) manat ödənilməmiş hissə və 65 (altmış beş) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə və 31 (otuz bir) manat dəbbə pulu olmaqla, cəmi 1237 (min iki yüz otuz yeddi) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar