Məhkəmə qərarları › İş №2(043)-2269/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2269/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2269/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçıMMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Hoffman markalı paltaryuyan üçün 278 (iki yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 306 (üç yüz altı) manat, İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon üçün 132 (bir yüz otuz iki) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, cəmi 145 (bir yüz qırx beş) manat ümumilikdə 451 (dörd yüz əlli bir) manat borc, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Hoffmann markalı paltaryuyan və İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon almış və nəticədə 451 (dörd yüz əlli bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yüz altmış dörd) manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı paltaryuyan üçün 306 (üç yüz altı) manat olmaqla ondan, 278 (iki yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır. xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon üçün 145 (bir yüz qırx beş) manat olmaqla ondan, 132 (bir yüz otuz iki) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 886 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cuil tarixli müqavilələrdən görünür ki, İddiaçı alıcıya dəyəri 864 (səkkiz yüz altmış dörd) manat olan Hoffmann markalı paltaryuyan və 432 (dörd yüz otuz iki) manat olan İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon markalı telefonlarındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Hoffmann markalı paltaryuyan üçün hər ay 48 manat və İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon üçün hər ay 36 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli İddiaçı-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən İddiaçı-dən Hoffmann markalı paltaryuyan üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 864 (səkkiz yüz altmış dörd) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 278 (iki yüz yetmiş səkkiz) manat borcunu ödəmədiyindən, həmin məbləğə 28 (iyirmi səkkiz) manat cərimə hesablanmış, xx.xx.2019cuil tarixli müqaviləyə əsasən İddiaçı-dən İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 432 (dörd yüz otuz iki) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 132 (bir yüz otuz iki) manat borcunu ödəmədiyindən, həmin məbləğə 13 (on üç) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı-nin xeyrinə Cavabdeh Hoffman markalı paltaryuyan üçün 278 (iki yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, cəmi 306 (üç yüz altı) manat, İMEi kodu **********06944 Samsung Galaxy J4 plus markalı telefon üçün 132 (bir yüz otuz iki) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, cəmi 145 (bir yüz qırx beş) manat ümumilikdə 451 (dörd yüz əlli bir) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 410 (dörd yüz on) manat əsas borc, 41 (qırx iki) manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 471 (dörd yüz yetmiş bir) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar