Məhkəmə qərarları › İş №2(043)-23/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-23/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-23/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğluna, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğluna, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X10, X10 əlavələr edilməsi barədə xx.xx.2009cu il tarixli 633 saylı , xx.xx.2015-ci il tarixli 006L000000633S saylı sazişlərə, xx.xx.2014cü il tarixli 06R000018461 saylı kredit razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 06R000018461S saylı, xx.xx.2016-cı il tarixli 06R000018461SA saylı sazişlərə xitam verilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R000018461 saylı kredit razılaşması üzrə 20082,79 ABŞ dolları kredit borcu, 11092,31 ABŞ dolları faiz borcu və 15039,61 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 46214,71 (qırx altmı min iki yüz on dörd ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə Zavod “A/Story” qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinə yönəldilməsi,mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan və Cavabdeh5 müştərək qaydada tutulması, Gəncə şəhəri Kəpəz rayonu, Təcrübə Zavod “A/Story” qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinə tutma yönəlikdikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh2, Cavabdeh3, X3 və X6 həmin mənzilə istifadə hüquqlarının itirilməsini, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılmasını və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008ci il tarixli 06L000000633 saylı X10 əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır .Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 633 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 300000 (üç yüz min) ABŞ Dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 06L000000633S saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 (iki yüz dörd) ay müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 36000 (otuz altı min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000018461S saylı, xx.xx.2016-cı il tarixli 06R00001846İSA saylı sazişlərlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 15917.21 ABŞ Dolları ödəmiş, onun 20082.79 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərəəsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 09.03.18-ci il tarixə 422 gün üçün hesablanmış faiz borcu 11092.31 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 422 gün üçün hesablanmış cərimə 15039.61 ABŞ dolları təşkil edir. X9 3.1.2-ci bəndinin «a» yarım bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqaviləüzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 Suliddin oğlu, Cavabdeh5 zaminlik müqavilələrinəəsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasıüçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 06M000000287 saylı ipoteka müqaviləsi (Gəncəşəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Gəncə şəhəri Kəpəz rayonu Təcrübə zavod “A/Stroy” qəsəbəsində istifadədə olan 0.0174 ha torpaq sahəsində yerləşən 8 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində 36.5 m2ümumi 28.9 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən 36 №-li reyestr kitabının 70 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №li çıxarışla Gəncəşəhəri Kəpəz rayonu Təcrübə Zavod “A/Stroy” qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərindəəsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 06M000000287S saylı sazişəəsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən 36 №-li reyestr kitabının 70 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Gəncə şəhəri Kəpəz rayonu Təcrübə Zavod “A/Stroy” qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, bildiriş xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə elektron xidmətlər portal vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X9 tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 36000 (otuz altı min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.Cavabdeh4 Suliddin oğlu və Cavabdeh5 ilə bank arasında zaminlik müqaviləsi baglanmışdır. Kredit öhdəliyinin təminatı kimi mülkiyyətində olan və Gəncə şəhəri Kəpəz rayonu Təcrübə zavod “A/Stroy” qəsəbəsində 0.0174 ha torpaq sahəsində yerləşən 8 nömrəli 1 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində 2 otaqlı 2 nömrəli mənzilin bank qarşısında ipoteka qoymuşdur.Krediti götürəndə ABŞ dollarının məzənnəsi 78 manat olmuşdur. Develvasiyadan sonra krediti ödəyə bilməmişdir. Halhazırda maddi imkanı ilə əlaqədar borcu ödəyə bilmir. Kredit borcunun faiz və cərimə hissəsinin azadılmasını məhkəmədn xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2008-ci tarixli 06L000000633 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 120 (on iki) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. xx.xx.2009-cu il tarixli, 633 saylı X10 dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci tarixli 06L000000633 saylı X10 əlavə edilmiş və kredit xətti məbləği 300000 (üç yüz min) ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli 06L000000633S saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında olan kredit xəttinin müddəti artırılaraq 204 (iki yüz dörd) ay yəni xx.xx.2025-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aylıq faiz dərəcəsi 1,75% olmaqla 30 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görünür ki, Cavabdeh1 36000 ABŞ dolları kreit borcunu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hissə-hissə ödəmək şərti ilə xx.xx.2017-ci il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 06R000018461S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ona əlavə olunmuş ödəniş planından görünür ki, xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması üzrə kreditin sonuncu ödəniş günü xx.xx.2019-cu il tarix kimi müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixli 06R000018461SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən və ona əlavə olunmuş ödəniş planından görünür ki, xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması üzrə kreditin sonuncu ödəniş günü xx.xx.2020-ci il tarix kimi müəyyən olunmuşdur. xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsindən və xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında sazişdən görünür ki, Cavabdeh5 kredit xətti müqaviləsi, X10 edilən dəyişiklik vəəlavələr edilməsi haqqında sazişlər üzrə Cavabdeh1 bank qarşısında götürdüyüöhdəliyi təmin etmək məqsədi ilə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsindən, xx.xx.2009-cu il tarixli və xx.xx.2015ci il tarixli zaminlik müqaviləsinəəlavə və dəyişikliklər edilməsi haqqında sazişdən görünür ki, Cavabdeh4 Suliddin oğlu kredit xətti müqaviləsi, X10 edilən dəyişiklik vəəlavələr edilməsi haqqında sazişlər üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyi təmin etmək məqsədi ilə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2009-cu il tarixli 06M000000287 saylı ipoteka müqaviləsindən görünür ki, Gəncəşəhəri, Kəpəz rayonu, Təcrübə zavod “A/Story” qəsəbəsində, 8 nömrəli binanın Cavabdeh1 mülkiyyətində olan 2 otaqlı, 2 nömrəli mənzil xx.xx.2008-ci tarixli 06L000000633 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan razılaşmalar üzrə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 06M000000287S saylı ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2008-ci tarixli 06L000000633 saylı uzunmüddətli kredit xətti müqviləsinə əsasən kredit xəttinin məbləği 300000 ABŞ dolları, kredit müqaviləsinin müddəti 204 ay müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli kreditin verilməsi haqqında qəbzdən görünür ki, Cavabdeh1 36000 ABŞ dolları pulu qəbul etmişdir. xx.xx.2018-cu il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20082,79 ABŞ dolları əsas, 11092,31 ABŞ dolları faiz borcu və 15039,61 ABŞ dolları cərimə borcu olmaqla, ümumulikdə cəmi 46214,71 (qırx altmı min iki yüz on dörd ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində kredit borcu vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli, çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil Cavabdeh1 mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2008ci tarixli 06L000000633 saylı X9 və xx.xx.2015-ci il tarixli 06L000000633S saylı uzun müddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişin təminatı kimi xx.xx.2015-ci il tarixdən 204 ay müddətə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş Cavabdeh1 göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRXin 3 saylıərazi idarəsində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıqlardan görünür ki, borcun könüllüödəmələri barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. xx.xx.2015-ci il tarixli forma 2 arayışının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 və X2 şəhəri, Kəpəz rayonu, Təcrübə zavodu, “A/Story” qəsəbəsi, bina 8 ünvanında yerləşən 2 nömrəli mənzildə qeydiyyatdadırlar. xx.xx.2015-ci il tarixli, 7E-6271 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmişərizənin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 7E-6270 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmişərizənin surətindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və o satıldıqda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 004-03/20 nömrəli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin qiyməti 33000 manat müəyyən edilmişdir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18340 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşması, xx.xx.2015-ci il tarixli 06R000018461S saylı və xx.xx.2016-cı il tarixli 06R000018461SA saylı saziş üzrə 20,082,79 ABŞ dollarıəsas, 9180,00 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinəəsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinəəsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinəəsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasıəsaslarından biri dəəsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasıüçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmişöhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında zaminliklə və ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqaviləüzrəüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zaminlər Cavabdeh4 Suliddin oğlundan, Cavabdeh5 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin ABŞ dolları olmasını və ABŞ dollarının manata olan məzənnəsinin əhəmiyyətli dərəcədə qalxmasını nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirilməli və 15039,61 ABŞ dolları məbləğində cərimə azaldılaraq 1000 ABŞ dolları həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cımaddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işüzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan, Cavabdeh5 müştərək qaydada xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X9 tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli, 06R000018461 saylı kredit razılaşmasıüzrə 20082.79 ABŞ dollarıəsas, 9180 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 30262,79 (otuz min iki yüz altmış iki ABŞ dolları 79 sent) ABŞ dollarıödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu vəipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, iddia qaldırılmasıüçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinin qiymətləndirilməsinə görəödənilmiş 150 manat rüsum alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməli , tutma xx.xx.2009-cu il tarixli, 06M000000287 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncəşəhəri, Kəpəz Rayonu, Təcrübə Zavodu "A/Story" qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinə yönəldilməklə həmin əmlak açıq hərracda satılmalı,Gəncəşəhəri, Kəpəz Rayonu, Təcrübə Zavodu "A/Story" qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilin ilkin satış qiyməti 33000 (otuz üç min) manat müəyyən olunmaqla, onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X9 tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 06R000018461 saylı Kredit Razılaşmasıüzrəİddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan və Cavabdeh5 ümumi qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinəödənilməlidir. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X6 mənzildən istifadə hüquqlarına xitam verilməli, həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X10, X10əlavələr edilməsi barədə xx.xx.2009-cu il tarixli 633 saylı, xx.xx.2015-ci il tarixli 06L000000633S saylı Sazişlərə, xx.xx.2014-cü il tarixli 06R000018461 saylı Kredit Razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 06R000018461S saylı, xx.xx.2016-cı il tarixli 06R00001846İSA saylı sazişlərə xitam verilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçınıümid etməyə haqqıçatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan, Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 iləİddiaçı QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000000633 saylıX10, X10 əlavələr edilməsi barədə xx.xx.2009-cu il tarixli 633 saylı, xx.xx.2015-ci il tarixli 06L000000633S saylı sazişlərə, xx.xx.2014-cü il tarixli 06R000018461 saylı kredit razılaşmasına, kredit razılaşmasına dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli 06R000018461S saylı, xx.xx.2016-cı il tarixli 06R00001846İSA saylı sazişlərə xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan, Cavabdeh5 müştərək qaydada xx.xx.2008-ci il tarixli 06L000000633 saylı X9 tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli, 06R000018461 saylı kredit razılaşmasıüzrə 20082.79 ABŞ dolları əsas, 9180 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 30262,79 (otuz min iki yüz altmış iki ABŞ dolları 79 sent) ABŞ dollarıödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, iddia qaldırılmasıüçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 150 manat rüsum alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma xx.xx.2009-cu il tarixli, 06M000000287 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz Rayonu, Təcrübə Zavodu "A/Story" qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinə yönəldilməklə həmin əmlak açıq hərracda satılsın. Gəncəşəhəri, Kəpəz Rayonu, Təcrübə Zavodu "A/Story" qəsəbəsi 8 saylı binanın 2 saylı mənzilinin ilkin satış qiyməti 33000 (otuz üç min) manat müəyyən edilsin, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2008-ci il tarixli 06L000000633 saylıX9 tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 06R000018461 saylıkredit razılaşması üzrəİddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan və Cavabdeh5 ümumi qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X6 mənzildən istifadə hüquqlarına xitam verilsin, həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh4 Suliddin oğlundan, Cavabdeh5 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar