Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2300/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 Faiq oğlu, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Faiq oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Faiq oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Faiq oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2613,14 manat əsas borc, 337,2 manat faiz borcu və 39,73 cərimə borcu olmaqla, ümumilikdə cəmi 2990,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 3200 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 23.09.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 may 2021-ci il tarixədək Cavabdeh1 banka 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2613,14 manat əsas borc, 337,2 manat faiz borcu və 39,73 cərimə borcu olmaqla, cəmi 2990,07 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, pandemiya ilə əlaqədar olaraq ödəniş edə bilməmişdir. O, taksi sürücüsü işləyir və hazırda da maddi vəziyyəti yaxşı olmadığından ödəniş edə bilmir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, maddi vəziyyəti aşağı olduğuna görə ödəniş edə bilmir. Borc məbləği aşağı olsa ödəniş edə bilər. Məhkəmə iclasında Cavabdeh3 digər Cavabdeh2 ilə eyni məzmunda ifadə verərək, onun verdiyi ifadəni təsdiq etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2019-cu il tarixli 10-MY-1-0-709-19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3200 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış və borcun qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən borcalan tərəfindən 12 ay ərzində ödənişlər 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor verdiyi kreditin ona hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2019-cu il tarixli 10-MY-1-0-709-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 23.09.2019-cu il tarixli 10-MY-1-0-709-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 23.09.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 3200 manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 sentyabr 2019-cu il tarixli 10-MY-1-0-709-19 nömrəli kredit müqaviləsi üzrə borcu 2613,14 manat məbləğində əsas borc, 337,2 manat faiz borcu və 39,73 manat cərimə olmaqla, cəmi 2990,07 manat təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 25.11.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" X2 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin tərəfindən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin icrası üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozduğundan və kreditor baxımından müqavilə münasibətlərinin davam etdirilməsi öz əhəmiyyətini itirdiyindən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 10-MY-1-0-709-19 nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlərdən 2613,14 manat məbləğində əsas borc, 337,2 manat faiz borcu və 39,73 manat cərimə olmaqla, cəmi 2990,07 manat pul müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Faiq oğlu, Cavabdeh2 və Cavabdeh3 23 sentyabr 2019cu il tarixli 10-MY-1-0-709-19 nömrəli kredit müqaviləsinə əsasən 2613,14 manat məbləğində əsas borc, 337,2 manat faiz borcu və 39,73 manat cərimə olmaqla, cəmi 2990,07 manat (iki min doqquz yüz doxsan manat 7 qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2300/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2300/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver