Məhkəmə qərarları › İş №2(043)-2312/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2312/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2312/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «müəyyən olunmuş alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləği artıraraq 200 (iki yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-ci ildə qeyri rəsmi ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2007-cı il tarixdə X6 anadan olmuşdur. 2010-cu ildə İddiaçı Rafık qızı ilə Cavabdeh qurduqları ailə dağılmışdır və tərəflərin ümumi uşağı olan - xx xxxxxx 2007-ci il təvəllüdlü X3 onun yanında qalması qərarlaşdırılmış və X3 yetkinlik yaşına çatanadək Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(041)-305/2016 saylı qətnaməsi ilə hər ay 90 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(043)-1128/2018 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək hər ay 90 manat pul məbləğindən artırılaraq 110 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı Rafık qızına verilməsi qət edilmişdir. Qeyd edilən 110 manat aliment məbləği uşağın saxlanılması üçün kifayət edəcək qədər az məbləğdir. Hal-hazırda uşağın saxlanması üçün çətinliklərlə üzləşir və buna görə hesab edir ki, məhkəmənin qət etdiyi aliment məbləği artırılaraq 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini və hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İİİ qrup əlil olmaqla, 110 manat müavinət alır. Bundan başqa o, ikinci dəfə ailə qurmuş və həmin nikahdan 2 azyaşlı uşağı var, həmin uşaqların saxlanılması üçün də aliment ödəyir. Onun maddi imkanı yüksək deyildir, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə məhkəmədə baxılarkən Cavabdeh ikinci dəfə nikah bağladığı X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. X5 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, himayəsində 2 azyaşlı uşağın olduğunu, cavabdeh tərəfindən uşaqların saxlanılması üçün aliment ödənildiyini bildirərək, iddia ilə razı olmadığını göstərdi. Məhkəmə üçüncü şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş AZ-İl seriyalı, 241082 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Həmin şəhadətnamədə Cavabdeh uşağın atası, İddiaçı isə uşağın anası kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1128/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin 2(041)-305/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində müəyyən edilmiş və Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş: Şəxsiyyət vəsiqələrin surətindən görünür ki, xx.xx.2011-ci ildə X9 və xx.xx.2012-ci ildə X7 anadan olmuşlar, ataları Cavabdeh, anaları X5 qeyd edilmişdir. AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Gədəbəy rayon filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ƏƏSMN-i tabeliyində Gədəbəy rayon filialından İİİ qrup ümumi səbəbdən əlil kimi 110 manat müavinət alır. AR Səhiyyə Nazirliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqişəxsi konsultativ poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli, 297 nömrəli arayışdan görünür ki, Cavabdeh ruhi-əsəb xəstəliklər qeydiyyatında durur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(041)-1075/2020 nörməli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(041 )-994/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2011-ci ildə doğulmuş İsanın və xx.xx.2012-ci ildə doğulmuş Sərxanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün X2 xeyrinə tutulan alimentin miqdarı hər ay sabit pul məbləğində hər bir uşaq üçün 70 (yetmiş), ümumilikdə 140 (yüz qırx) manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(041)- 305/2016 saylı qətnaməsi ilə hər ay 90 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmiş, bundan sonra Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(043)-1128/2018 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək hər ay 90 manat pul məbləğindən artırılaraq 110 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı Rafık qızına verilməsi qət edilmişdir. Cavabdeh təyin edilmiş aliment pulunu iddiaçının xeyrinə ödəyir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 110 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılmasına münasibət bildirərkən məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən olunarkən cavabdehin başqa nikahından nikahından olan iki azyaşlı uşaq üçün aliment ödəməsi, gəlirləri və İİİ qrup əlil olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 110 manat məbləğində aliment xx.xx.2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən üç ilə yaxın vaxt keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatları və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, cavabdehin daimi işinin olmamasını və hazırda başqa nikahdan iki azyaşlı uşağının olmasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1128/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 110 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış 20 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 240 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1128/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin artırılmış hissədə tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20,0 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X15 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar