Məhkəmə qərarları › İş №2(043)-2319/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2319/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2319/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış 740 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” (Xəmsə Elektroniks) mebel mağazasında mebel və digər avadanlıqların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Gəncə şəhəri, Kəpəz rayonu,Heydər Əliyev pr. ev 89-da yaşayan və qeydiyyatda olan, Cavabdeh1 05.11.2020-ci il tarixdə mağazaya gələrək, Gəncə şəhəri, Kəpəz rayonu Şeyxzamanov küçəsi ev 8, mənzil 8-də yaşayan Cavabdeh2 zamin qoyaraq, dəyəri 890 (səkkiz yüz doxsan) manat olan 1 ədəd “SAMSUNG” 6 kiloqramlıq paltaryuyan maşınını 1 il müddətinə hər ay tərtib olunmuş qrafiq üzrə 74.0 manat ödəmək şərti ilə Nisiyə alqı-satq” müqaviləsi üzrə götürmüşdür. Cavabdeh malı götürəndən sonra qrafiq üzrə cəmi 3 ay ödəniş etmişdir. Qalan borcunu, yəni 740 manatı bu günə kimi ödəməmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılsa da, buna məhəl qoymamış, ödənişi başa çatdırmaqdan yayınmışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Buna görə də, bu barədə məhkəməyə iddia tələbi ilə müraciət etməyə məcbur olmuşlar İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi, digər Cavabdeh1 ilə isə zaminlik müqaviləsi bağlanılmışdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin, iddiaçı iddia ərizəsinin əsaslandığı hallarda pul tələbini nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi Cavabdeh1, zamin kimi isə Cavabdeh2 qarşı irəli sürmüşdür ki, belə olan halda iddiaçı tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş hesab olunur. Çünki, iddia ərizəsinə iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmasına dair, iddiaçı ilə Cavabdeh2 arasında isə zaminlik müqaviləsinin bağlanmasına dair sənəd əlavə edilməmişdir. Təqdim edilən sənədlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandırarkən alqı-satqı müqaviləsinin Cavabdeh2lə, zaminlik müqaviləsini isə Cavabdeh1la bağladığını qeyd etməklə, onlara qarşı həmin əsaslar üzrə tələb irəli sürməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbin əsaslandığı halları təsdiq edən sənədi təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar