Məhkəmə qərarları › İş №2(043)-2323/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2323/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2323/2020 22.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X1 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X1 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə 1274,69 (bir min iki yüz yetmiş dörd dollar 69 sent) ABŞ dolları, xx xxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0,00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0,00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 1274,69 (bir min iki yüz yetmiş dörd dollar 69 sent) ABŞ dolları borcun, o cümlədən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, ərizədə göstərilən tələbə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. X2 Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı verdiyi ərizədə, cavabdehdən ümumilikdə 1274,69 (bir min iki yüz yetmiş dörd dollar 69 sent) ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxx 2020-ci il tarixə müəyyən etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 1.70 manata bərabərdir. Belə olan halda, iddiaçının tələbində göstərdiyi iddianın qiymətinin 2166,97 manat olduğu müəyyən olunur. (1274,69 x 1.70 = 2166,97). Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, X2 Təşkilatı “xxxxxxxx” MMC tərəfindən verilmiş ərizədəki iddianın qiyməti 2000 manatdan artıq olduğundan və iddiaçı tərəfindən ərizə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün verildiyindən, həmin ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar