Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-234/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması və mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddia rizəsi üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən istifadə hüququna 30000 (otuz min) manat kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun valideyinləri tərəfindən verilmiş evdən cehiz əşyalarının çıxarılması və evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək onun evdən istifadə hüququna cavabdeh tərəfindən ona 30000 (otuz min) manat kompensasiya ödənilməsi yolu ilə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə aralarında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)-204/2017 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş azyaşlı Emin və Səməngülün anaları Cavabdeh yanında qalması qət edilmişdir. Cavabdehlə 2013-cü ildə ailə quran zaman cavabdeh mərhum atası X1 məxsus hüquqi cəhətdən rəsmiləşdirməmiş Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və valideynləri tərəfindən ona hədiyyə edilmiş cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ay yaşadıqdan sonra Rusiya Federasiyasına getmişlər. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh 2016-cı ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra valideynlərinin yaşadığı evə getmiş və valideynlərinin yanında yaşamışdı. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)-1065/2019 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Sonradan cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-2787/2019 saylı qətnaməsi ilə cavabdehin Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin həmin evə köçürülməsinə baxmayaraq, o, evə gəlməmiş uşaqları ilə valideynlərinin evində yaşamışdır. Mərhum atası tərəfindən inşa olunmuş Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən mübaisəli evdə hal-hazırda o, ailəsi və bacısı yaşayır. Cavabdeh cehiz əşyalarının otaqlarda yerləşməsi və oranı tam zəbt etməsi evdə rahat yaşamalarına maneçilik törədir və kommunal sahələrdən istifadə üçün problem yaradır. Belə ki, cavabdeh Gəncə şəhəri, Sədi küçəsi, ev 33, mənzil 4-də qeydiyyatdadır. DƏDRX-in 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2018-ci il tarixli **********84 nömrəli məktubunda da Natəvan qəsəbəsində onun adına əmlak olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddia tələbinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, mərhum atası tərəfindən inşa olunmuş Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən mübaisəli evdə hal-hazırda o, və iddiaçı ailəsi ilə yaşayır. Cavabdehin cehiz əşyalarının otaqlarda yerləşməsi və oranı tam zəbt etməsi evdə rahat yaşamalarına maneçilik törədir və kommunal sahələrdən istifadə üçün problem yaradır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın əsasız olduğundan rədd olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlə ailə qurduqdan sonra valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları ilə birlikdə Gəncə şəhəri Kəpəz rayonu Natəvan qəsəbəsində yerləşən hazırki mübahisəli evə gəlin köçmüşdür. Hal-hazıradək cehiz əşyaları həmin evdədir. Ailə qurandan sonra bir müddət cavabdehlə Rusiyada yaşamışlar. Bir müddət normal ailə münasibətlərində olsalar da cavabdeh ona xəyanət edərək onu vəhşicəsinə döyüb, söyərək çarəsiz vəziyyətə gətirib çıxartmışdır. Bir ailədə yaşamaqları mümkünsüz həddə çatmışdır. O, valideynlərinin maddi və mənəvi dəstəyi ilə xəstə vəziyyətdə Azərbaycana qayıtmışdır. İddiaçı nə ata kimi, nə həyat yoldaşı kimi onlarla maraqlanmamışdır. Beləliklə ayrılmaq qərarına gəlmiş və iddiaçıdan rəsmi olaraq ayrılmışdır. Məhkəmə qətnaməsinə əsasən, iki azyaşlı uşaqlarına və ona gəlin köçdüyü və hazırda da cehiz əşyaları olan evdən istifadə hüququ verilərək evə köçürülməsi barədə qətnamə qəbul olunmuşdur. İcra məmurları tərəfindən evə köçürülmüş və hal-hazırda da yaşayırlar. Hazırda soyuq hava olduğundan, yaşadıqları mübahisəli evdə hamam və s. şərait olmadığından, valideynlərinin evi bina evi olmaqla isti suyu və şəraiti olduğundan uşaqlar xəstələnməsin deyə uşaqları müvəqqəti valideynlərinin yaşadığı evə aparmışdır. İlkin iddia üzrə iddiaçının uşaqlarla ünsiyyətinə mane olmasına dair göstrilən cəfəngiyyatdır. İki uşaqları ilə onun evdən çıxarılması qarşılığında cavabdeh tərəfindən ona 30000 min manat konpensasiya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin idda üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1065/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2787/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(043)-1065/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Emin və xx.xx.2016-cı il təvəllüdlü Səməngül adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı sahibliyində olan Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evə köçürülməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ruslan Əlizadə tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2787/2019 nömrəli icra sənədi icra edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk öncə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. MM-in 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh Cavabdeh uşaqları ilə mübahisəli evə köçürülmüsi barədə qətnamə qəbul olunmuş və həmin qətnamə icra olunaraq Cavabdeh mübahisəli evə köçürülmüşdür. İlkin iddia üzrə İddiaçı iddia tələbinin əsası kimi cavabdehin atası evində yaşamasına dair dəlilləri cavabdehin əşyalarının mübahisəli evdən çıxarılması üçün əsas ola bilməz. Belə ki, cavabdeh özü də məhkəmə iclasında qeyd etmişdir ki, mübahisəli evdə şəraitin olmaması və hava şəraitinin soyuq olması ilə bağlı uşaqlarına görə müvəqqəti olaraq yaşayış yerini tərk etmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, əvvəla istifadə hüququna kompensasiya ödəmək yolu ilə xitam verilməsini tələb etmək hüququ istifadəçiyə deyil mülkiyyətçiyə aid edilmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə qətnaməsi ilə mübahisəli evdən istifadə hüququ tanınmamış yalnız həmin evə köçürülməsi qət edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan hahla məhkəmə hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması və mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən istifadə hüququna 30000 (otuz min) manat kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-234/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-234/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver