Məhkəmə qərarları › İş №2(043)-2343/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2343/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2343/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh və Zaminqarşı kreditin və cərimənin ödənilməsi tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 438 manat ,xx.xx.2018-ci il tarixə qədər hesablanmış cərimə üzrə 43,80 manat olmaqla ümumilikdə 481,80 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** kredit müqaviləsinə əsasən cavabdehə 17 ay müddətinə, xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 821 məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas borc üzrə 438 manat, cərimə üzrə 43,80 manat təşkil edir. İddiaçı BOKT “xxxxxxxx” MMC-in nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahat verib və məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etdiyini, lakin cərimə borcunun artıq hesablandığını və azaldılmasını xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: BOKT “X2” MMC (Borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2016-cı il tarixli LD/16298/00063 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləsinin 1.4-cü bəndinə əsasən Bank tərəfindən borcalana 17 ay müddətinə xx.xx.2018-ci il tarixədək, ilin 360 günü hesabı ilə illik 0,00 % dərəcəsi tətbiq etməklə 821 manat məbləğində kredit verilmişdir, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. BOKT “X2” MMC ilə Zamin (zamin) arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16298/00063 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli Hüquqların və tələblərin güzəşti haqqında müqavilədən görünür ki, Cavabdehilə BOKT “X2” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ BOKT “xxxxxxxx” MMC-yə güzəşt edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışındangörünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 438 manat, cərimə üzrə 43,80 manat olmaqla, ümumilikdə 481,80 manat təşkil edir. Məhkəmə tərəfi dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT “X2” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilədən görünür ki, BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427 və 739-cu maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kreditin ödəmə müddətinin sonuna, banka 438 manatəsas borc və 43,80 manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 438 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrinn 5.1-ci bəndinə əsasən müştərinin ödəniş cədvəli üzrə yubanma günləri 90 gündən artıq olduqda ``Borcalan`` cəmi qalıq əsas məbləğin 25 (iyirmi beş) faizi məbləğində dəbbə pulunu(cəriməni) ``Borcverən``in xeyrinə ödəməyə borcludur. Yuxarıda qeyd olunan cədvəldən görünür ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ona xx.xx.2016-cı il tarixli müqavilə üzrə 43,80 manat cərimə borcu hesablanmışdır. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarını qorumaq və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədilə 438 manat əsas borca 43,80 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, əsas borcunun ödənilməsini də nəzərə alaraq, cərimə borcunun məbləğini azaldaraq 3,80 manat müəyyən edir. Göstərilənlərə, həmçinin istinad edilmiş Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən Zamin Cavabdeh ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyətləri müəyyən olunsa da, məhkəmə hesab edir ki, cavabdeh Zamin Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verildiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, həmin maddəyə görə zaminlik müqaviləsində göstərilmiş, onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Buna baxmayaraq iddiaçı həmin müddətdən 2 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçının tələbi ona aid olan hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 438 manat əsas, 3,80 manat cərimə olmaqla, cəmi 441,80 (dörd yüz qırx bir manat səksən qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutularaq BOKT “xxxxxxxx”MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar