Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2362/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu,iddiaçı X4 Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, kredit üzrə faizlərin və cərimənin ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdim: İddiaçı BOKT «xxxxxxxx» MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1484,65 manat, kredit faizləri üzrə 0.00 manat, cərimə faizləri üzrə 148,47 manat olmaqla ümumilikdə 1633,12 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 Təşkilatı “X3” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün xx xxxx 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, borcalan isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Cavabdehin xx xxxx 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin xx xxxxxxx 2016-cı il tarixə əsas məbləğ və faiz borcu üzrə cəmi qalığı 1346,15 manat təşkil edir. Yeni kredit 24 (iyirmi dörd) ay müddətinə xx xxxxxxx 2018-ci il tarixədək, ilin 360 günü hesabı ilə illik 0% dərəcəsini tətbiq etməklə verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). BOKT X3 MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT xxxxxxxx MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödəniliməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1484,65 manat, faiz üzrə 0 manat, cərimə üzrə 148,47 manat olmaqla ümumilikdə 1633,12 manat təşkil edir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş, xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün xx xxxx 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, borcalan isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Cavabdehin xx xxxx 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin xx xxxxxxx 2016-cı il tarixə əsas məbləğ və faiz borcu üzrə cəmi qalığı 1346,15 manat təşkil edir. Yeni kredit 24 (iyirmi dörd) ay müddətinə xx xxxxxxx 2018-ci il tarixədək, ilin 360 günü hesabı ilə illik 0% dərəcəsini tətbiq etməklə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, Zamin ilə Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmişxx xxxx 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh BOKT "X3” MMC-nin xəzinadarlığından 1512 ABŞ dolları pulu götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh X4 Təşkilatı “xxxxxxxx” MMC-yə əsas məbləğ üzrə 1484,65 manat, faiz üzrə 0 manat, cərimə üzrə 148,47 manat, sığorta ödənişi üzrə borcu 0 manat olmaqla, cəmi 1633,12 manat borcu vardır. İş materiallarında əlavə edilmiş, xx.xx.2019-cu il tarixli “hüquqların və tələblərin güzəşti” haqqında müqavilədən görünür ki, ilk kreditor ləğv (iflas) prosesində olan, X4 təşkilatı “X3” MMC-nin, yeni kreditor X4 təşkilatı “xxxxxxxx” MMC-yə ilk kreditorun Borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və xx xxxxxx 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Yeni Kreditora keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, BOKT “X3” MMC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. BOKT “X3” MMC özünün Cavabdeh qarşı xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn hüquqlarını və tələblərini xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı BOKT “xxxxxxxx” MMC-yə vermişdir (güzəşt etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə tələb qanuni əsaslarla iddiaçıya güzəşt edildiyindən iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ vardır. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh kredit müqaviləsi xx xxxxxxx 2016-cı il tarixində 24 (iyirmi dörd) ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarix xx xxxxxxx 2018-ci il tarixi müəyyən edilmişdir. Zamin ilə xx xxxxxxx 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxxxx 2018-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən Zamin qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdeh Zamin qarşı iddia təmin edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia Cavabdeh münasibətdə təmin edilməli və Cavabdeh əsas borc üzrə 1484,65 manat, cərimə üzrə 148,47 manat, cəmi 1633,12 (bir min altı yüz otuz üç manat, on iki qəpik) manat borc tutularaq, BOKT “xxxxxxxx” MMC-yə ödənilməlidir. Zamin qarşı tələb isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia Cavabdeh münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1484,65 manat, cərimə üzrə 148,47 manat, cəmi 1633,12 (bir min altı yüz otuz üç manat, on iki qəpik) manat vədövlət rüsumunun əvəzi kimi 30 (iyirmi) manat pul tutularaq X4 Təşkilatı İddiaçınə ödənilsin. Cavabdeh Zamin münasibətdə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2362/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2362/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver