Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2374/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 Ramı̇ z oğlu, Məmmədov Namı̇ q Ramı̇ z oğlu, Mamedov Vı̇ dadi Əlı̇ oğlu və Cavabdeh4 Fəxrəddı̇ n oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh1 Ramı̇ z oğlu, Məmmədov Namı̇ q Ramı̇ z oğlu, Mamedov Vı̇ dadi Əlı̇ oğlu və Cavabdeh4 Fəxrəddı̇ n oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 Ramı̇ z oğlu, Məmmədov Namı̇ q Ramı̇ z oğlu, Mamedov Vı̇ dadi Əlı̇ oğlu və Cavabdeh4 Fəxrəddı̇ n oğlu qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2374/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2374/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver