Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-238/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 11855,11 (on bir min səkkiz yüz əlli beş ABŞ dollar 11 sent) ABŞ dolları əsas borc, 5796,61 (beş min yeddi yüz doxsan altı ABŞ dollar 61 sent) ABŞ dollar faiz borcu, 17980,98 (on yeddi min doqquz yüz səksən ABŞ dollar 98 sent) ABŞ dollarıcərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1539,96 (bir min beş yüz otuz doqquz ABŞ dollar 96 sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə 37172,66 (otuz yeddi min bir yüz yetmiş iki ABŞ dolları 66 sent) ABŞ dolları kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X4 iddianı müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2014-cü il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh1 İddiaçı ASC-dən illik 27%-lə 24 ay müddətinə 12700 ABŞ dollar məbləğində kredit götürmüşdürlər. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və boralan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 11855,11 (on bir min səkkiz yüz əlli beş ABŞ dollar 11 sent) ABŞ dolları əsas, 5796,61 (beş min yeddi yüz doxsan altı ABŞ dollar 61 sent) ABŞ dolları faiz borcu, 17980,98 (on yeddi min doqquz yüz səksən ABŞ dollar 98 sent) ABŞ dolları cərimə , xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1539,96 (bir min beş yüz otuz doqquz ABŞ dollar 96 sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 37172,66 (otuz yeddi min bir yüz yetmiş iki ABŞ dolları 66 sent) ABŞ dollar məbləğində borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də o, məlum olan axırıncı yaşayış yerində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsidən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən birgə borclular Cavabdeh4 və Cavabdeh1 illik 27%-lə 24 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehlər borcu xx.xx.2016-cı il tarixə qədər hissə-hissə ödəməyi öhdəsinə götürüb. xx.xx.2014-cü il tarixli, 140006624/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, , Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə birgə borclular Cavabdeh4 və Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2019-cu il tarixli maliyyəarayışındangörünür ki, cavabdelərin xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Ləğv prosesində olan İddiaçı ASC-yə 11855,11 (on bir min səkkiz yüz əlli beş ABŞ dollar 11 sent) ABŞ dolları əsas, 5796,61 (beş min yeddi yüz doxsan altı ABŞ dollar 61 sent) ABŞ dollar faiz borcu, 17980,98 (on yeddi min doqquz yüz səksən ABŞ dollar 98 sent) ABŞ dolları gərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1539,96 (bir min beş yüz otuz doqquz ABŞ dollar 96 sent) ABŞ dollar əldən çıxmış fayda olmaqla ümumilikdə 37172,66 (otuz yeddi min bir yüz yetmiş iki ABŞ dolları 66 sent) ABŞ dollar məbləğində kredit borcu qalmışdır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 İddiaçı ASCnin Gəncə filialının xəzinədarlığından 12700 ABŞ dolları pul götürmüşdür. X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-3632/2019 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/1890 saylı ekspert rəyindən görünür ki, Cavabdeh4 hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin şərtlərini nəzərə almaqla, Cavabdeh4 xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 11854,77 ABŞ dolları, faiz borcu üzrə 5779,20 ABŞ dolları, cərimə borcu üzrə 672,75 ABŞ dolları borcu vardır. xx.xx.2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, cavabdehlərə borcu könüllü ödəmələri barədə xəbərdarlıq edilmişdir. Məhkəməiclasındamüəyyənedildiki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlərə 27%-lə 24 ay müddətinə 12700 ABŞ dollar məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanaraq, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə birgə borclular Cavabdeh4 Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər.Cavabdehlər üzərlərinə götürdükləri öhdəyliyi yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olnmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdurdurlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun birgə borclular Cavabdeh4, Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdehlər və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlərin xx.xx.2014cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq 11855, 11 (on bir min səkkiz yüz əlli beş ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 5779,20 (beş min yeddi yüz yetmiş doqquz ABŞ dolları 20 sent) ABŞ dolları faiz, 672,75 (altı yüz yetmiş iki ABŞ dolları 75 sent) ABŞ dolları cərimə, xx.xx.2019-cu il tarixiə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1539,96 (bir min beş yüz otuz doqquz ABŞ dollar 96 sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 19847,02 (on doqquz min səkkiz yüz qırx yeddi ABŞ dolları 02 sent) ABŞ dlları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 11855, 11 (on bir min səkkiz yüz əlli beş ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 5779,20 (beş min yeddi yüz yetmiş doqquz ABŞ dolları 20 sent) ABŞ dolları faiz, 672,75 (altı yüz yetmiş iki ABŞ dolları 75 sent) ABŞ dolları cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1539,96 (bir min beş yüz otuz doqquz ABŞ dollar 96 sent) ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 19847,02 (on doqquz min səkkiz yüz qırx yeddi ABŞ dolları 02 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-238/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-238/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver