Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2400/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 15.12.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində 180 manat alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 15 dekabr 2007-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (yüz) manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan aliment uşağın dolanışığı üçün çox azdır, özü ikinci dəfə ailə qurmuşdur, həmin evlilikdən bir qızı doğulub, uşaq körpə olduğu üçün işləyə bilmir. Bu pulla övladının maddi ehtiyacını ödəyə bilmir. Uşaq böyüdüyü üçün ehtiyacları da artıb. Cavabdehin maddi vəziyyəti yaxşıdır, lakin könüllü olaraq alimenti artırmaqdan imtina edir. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment öhdəliyinə xitam verilməsini xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, İddiaçı ikinci dəfə ailə qurmuşdur. Bu səbəbdən də cavabdehin himayəsində saxlanılan Amin Qocayevin saxlanması üçün məhkəmə qaydasında tutulan aliment öhdəliyinə xitam verilməsini iddia edir. Onun himayəsində xəstə övladı var, özü də günəmuzd işlərdə işləyir və gəliri aşağı səviyyədədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 15 dekabr 2007-ci il tarixdə doğulmuş X8 atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 20 aprel 2010-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X6 25 fevral 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvada Ələkbərli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 5161/2018 saylı, 22 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15 dekabr 2007-ci ildə doğulmuş X16 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənən alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğilə 130 manat aliment tutularaq X13 qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X5 13 mart 2012-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 23 dekabr 2012-ci il tarixdə X9 və 30 iyul 2015-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, 23.12.2012-ci il təvəllüdlü X7 doğuş zədəsinin qalığı, sağ bazu kələfinin pleksopatiyası, sağ qolun parezi diaqnozu qoyulmuş, xəstəliyin başlama tarixinin 23.12.2012-ci il olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini, eləcə də uşağın yaşının artması ilə əlaqədar onun zəruri tələbatının artmasını əsas gətirərək hesab edir ki, yaşayış minimumunun və tələbatın artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən ilk iddia qismən təmin olunmalı, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qarşılıqlı iddia İddiaçı ikinci nikaha daxil olması ilə əsaslandırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda aliment öhdəliyinə xitam verilir. Qeyd olunan maddədə nəzərdə tutulan aliment yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün bir valideynin digərinə ödədiyi aliment yox, ərin (arvadın) özünün təminatı üçün Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinə uyğun olaraq ödənilən alimentdir. Bu baxımdan uşağı himayəsində saxlayan valideynin yeni nikaha daxil olması digər valideyni həmin uşaq üçün aliment ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qarşılıqlı iddianın digər dəlillərinə münasibətdə də qeyd edir ki, Cavabdeh ailə vəziyyətindəki dəyişiklik də aliment öhdəliyindən azad olunma üçün əsas ola bilməz. İlk növbədə məhkəmə bildirir ki, hər bir halda valideynin yeni ailə qurması onu başqa övladını saxlamaq vəzifəsindən azad etmir. Bununla yanaşı, qeyd edilməlidir ki, Cavabdeh ailə vəziyyətindəki dəyişikliklər alimentin müəyyən edilməsindən xeyli əvvəl baş vermişdir. Belə ki, Cavabdeh 2012-ci ildə ikinci nikaha daxil olmuş, 2012 və 2015-ci illərdə uşaqları dünyaya gəlmişdir. Eyni zamanda Cavabdeh digər nikahdan olan uşağının xəstəliyi də doğulandan yaranmışdır. Yəni, Kəpəz Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsindən sonra Cavabdeh ailə və maddi vəziyyətində hər hansı mənfi dəyişikliyin baş verməsi təsdiq olunmur. Buna görə də qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan ibarətdir. İlk iddia üzrə iddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-5161/2018 saylı, 22 noyabr 2018ci il tarixli qətnaməsi ilə 15 dekabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləği ilə 160 (bir yüz altmış) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2400/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2400/2021
17.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver