Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-242/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4, X2 və X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər X4, X2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 30000 (otuz min) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərin mərhum ataları X5 ilə xx xxxxxx 2012-ci il tarixli TK-/77 saylı təsisçi müqaviləsi bağlayıb 10000 manat, xx xxxxxx 2012-ci il tarixdə TK-/85 saylı təsisçi müqaviləsi bağlayıb 10000 manat, xx xxxxxx 2013-cü il tarixli TK-/95 saylı təsisçi müqaviləsi bağlayıb 10000 manat pulu "xxxx" MMC-yə əmanət kimi qoyub müqavilələrdə nəzərdə tutulan hər ay 20% olmaqla gəlir götürməli idi. Lakin cavabdehlərin atası "xxxx" MMC-nin rəhbəri 2016-cı ildə ölmüşdür. Belə ki, cəmiyyətin təsisçisi rəhmətə getdikdən sonra, o,cəmiyyətə qoyduğu pulu mərhumun yoldaşından tələb etmişdir. O isə narahat olmamağı yaxın vaxtı pulu verəcəyini bildirmişdir. Ancaq bu günə kimi cəmiyyətə qoyduğu 30000 (otuz min) manat pulu ala bilməmişdir. Ona görə də mərhumun 1-ci növbə qanun üzrə vərəsələrindən onların mərhum atalarına məxsus "xxxx" MMC-yə müqavilə əsasında qoyduğu 30000 (otuz min) manat məbləğində pul müştərək qaydada tutulub ona ödənilməlidir. Nəticədə məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər X7, X6 və X10 iddia tələbinə qarşı etiraz edərək göstərmişdirlər ki, iddiaçı ilə mərhum ataları arasında bağlanmış müqavilədən onların məlumatı olmamaış və iddiaçının tələb etdiyi pulu ödəmək üçün atalarından onlara hər hansı miras qalmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx xxxxxx 2012-ci il tarixli TK-/77 saylı təsisçi müqaviləsinin kserosurətindən görünür ki, İddiaçı 10000 manat pulu "xxxx" MMC-yə hər ay ödənilmək şərti ilə illik 20% gəlir götürmək məqsədi əmanət qoymuşdur. xx xxxxxx 2012-ci il tarixli TK-/85 saylı təsisçi müqaviləsinin surətindən görünür ki, İddiaçı 10000 manat pulu "xxxx" MMC-yə İddiaçı 10000 manat pulu "xxxx" MMC-yə hər ay ödənilmək şərti ilə illik 20% gəlir götürmək məqsədi əmanət qoymuşdur. xx xxxxxx 2013-cü il tarixli TK-/95 saylı təsisçi müqaviləsinin surətindən görünür ki, İddiaçı 10000 manat pulu "xxxx" MMC-yə hər ay ödənilmək şərti ilə illik 20% gəlir götürmək məqsədi əmanət qoymuşdur. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 704 nömrəli məktubundan görünür ki, X1 adına Gəncə regional Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və qanuni və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MM-nin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-nin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi iddiaçı müxtəlif tarixlərdə hissə-hissə olmaq şərti ilə 30000 (otuz min) manat pulu mərhum X1 təsisçisi olduğu "xxxx" MMC-yə əmanət qoyduğunu əsas gətirərək mərhum X1 ölümündən sonra həmin pulun mərhumun qanun üzrə vərəsələri olan cavabdehlərdən tutulması ilə bağlı iddia qaldırmışdır. Lakin mərhumun qanun üzrə vərəsələri olan cavabdehlərin miras aktivini qəbul etməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər X4, X2 və X3 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-242/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-242/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver