Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2438/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq, cavabdehdən 2000 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə ona məxsus Gəncə şəhəri, Natəvan qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdehə 18500 (on səkkiz min beş yüz) manata satılmasına dair cavabdehlə aralarında razılıq əldə edilmiş və bu barədə aralarında beh müqaviləsi imzalamışdırlar. Müqavilənin şərtlərinə görə cavabdeh ilkin olaraq 14500 (on dörd min beş yüz) manat ödəmiş, qalan 4.500 (dörd min beş yüz) manatı isə aprel ayının sonunadək ödəyəcəyini öhdəsinə götürmüş və bundan sonra o cavabdehə notarius vasitəsilə etibarnamə vermişdir. Bu razılaşmada həmçinin ev alqı-satqısı ilə məşğul olan agent də iştirak etmişdir. Qeyd olunan şərtlərə uyğun olaraq o aprel ayının sonunda cavabdehlə əlaqə saxlayaraq qalan pulu tələb etmişdir. Cavabdeh ona yenidən 10 gün müddətinə əlavə vaxt verilməsini xahiş etmişdir. O, cavabdehin maddi vəziyyətinin pis olmasını nəzərə almış və ona əlavə may ayının 10-a kimi vaxt vermişdir. Cavabdeh bu müddət ərzində onun ona vermiş olduğu etibarnaməni istifadə edərək həmin torpaq sahəsinə dair arvadı X7 ilə alqı- satqı müqaviləsi bağlamış və həmin əmlakı özgəninkiləşdirmişdir. O, bu barədə məlumat əldə edən kimi həmin ünvana yollanmış və cavabdeh tərəfindən evin qapısının sındırılmasının şahidi olmuşdur. Cavabdehdən qalıq pulun verməsini tələb etmiş, lakin elə həmin gün o, qovularaq təhqirə məruz qalmışdır. Sonradan ona bəlli olmuşdur ki, cavabdeh onun sadəlövhlüyündən istifadə etmiş və onu aldatmışdır. Artıq cavabdehlə hər hansı formada razılaşmaları mümkün olmadığından o müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, cavabdehə torpaq sahəsini satarkən torpaq sahəsinin 0,3 ha-dan artıq olması barədə heç bir şey deməmişdir. Eləcə də cavabdeh evə ailə üzvləri ilə birlikdə baxış keçirərək almış, evin və torpaq sahəsinin vəziyyəti barədə əyani təsəvvürə malik olmuşdur. Dəfələrlə də ondan qalan məbləğin ödənilməsi üçün möhlət istəmişdir. Yalnız məhkəməyə müraciət etdikdən sonra hazırkı bəhanələri fikirləşib tapmışdır. İddia ərizəsi verildikdən sonra cavabdeh borcun bir hissəsini də ödəmişdir və hazırda onun borcu 2000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının vəkili X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, məhkəmə prosesi dövründə cavabdeh mövcud olan borcunun bir qismini ödəmişdir. Hazırda cavabdeh ödənilməmiş 2000 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyib bildirdi ki, həqiqətən də iddiaçı ilə onun arasında evin satılmasına dair xx xxxx 2020-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. O iddiaçıya məxsus evi 18500 manata almasına razılığa gəlmişdir. Beh müqaviləsinə əsasən ilk olaraq o iddiaçıya 14500 manat ödəmişdir, yerdə qalan 4000 manat pulu isə xx xxxxx 2020-ci tarixədək ödəməsini öhdəsinə götürmüşdür. xx xxx 2020ci il tarixdə həmin torpaq sahəsini iddiaçının verdiyi etibarnaməyə əsasən arvadı X2 adına sənədləşdirmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçı onu aldatmışdır. Belə ki, ev ona satılarkən iddiaçı ona həyətyanı torpaq sahəsinin 0,3 ha-dan artıq olduğunu bildirmiş, lakin evə köçdükdən sonra məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,2 ha-dır. İddiaçı evdə olan su çəninin 1,5 ton tutumu olduğunu bildirsə də su çəninin tutumu 1 ton olmuş, bundan başqa evdə olan bütün su kranları yararsız vəziyyətdə olmuşdur. İddiaçının bu hərəkətinə görə mövcud olan borcunu ödəmək fikri yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli beh müqaviləsindən görünür ki, Əliyeva X5 Fizuli Kiram oğlu ilə Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən evin 18500 satılmasına razılığa gəlmişdir. Müqaviləyə əsasən Cavabdeh ilk olaraq 14500 manat pulu ödəmiş, qalan 4000 manat pulun isə xx xxxxx 2020-ci tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 7E-2795 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərində sərəncam vermək hüququnu X4 etibar etmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, 4Ə-138 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı adından etibarnamə ilə çıxış edən Hacıyev X6 Kəmalə Vaqif qızı mülkiyyətində olan, Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini X3 5000 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı və cavabdeh iddiaçının mülkiyyətində olan, Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin və üzərindəki sənədləri olmayan fərdi yaşayış evinin 18500 manata cavabadehə satılmasına dair razılığa gəlmişdir. Cavabdeh həmin məbləğin 14 500 manatını əvvəlcədən beh kimi ödəmiş, qalan 4000 manatı isə xx xxxxx 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müddət başa çatdıqdan sonra, yəni xx xxx 2020-ci il tarixdə cavabdeh torpaq sahəsini iddiaçıdan aldığı etibarnamə əsasında notarial qaydada bağlanmış alqı-satqı müqaqviləsinə əsasən arvadı X2 adına keçirmişdir. Məhkəmə işin faktiki hallarını tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin üzərindəki sənədləşdirilməmiş fərdi yaşayış evi ilə birlikdə satılmasına dair hüquq münasibətləri məhz iddiaçı ilə cavabdeh arasında baş vermişdir. Torpaq sahəsinin hazırda X2 adında olması hər hansı xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsinin alqı-satqısı barədə razılaşma, eləcə də həmin müqavilənin bütün mühüm şərtləri, o cümlədən qiyməti iddiaçı və cavabdehin razılığına əsasən 18500 manat müəyyən edilmişdir. Bu alqı-satqı müqaviləsi isə notarial qaydada təsdiq edilmiş etibarnamə verilməklə pərdələnmişdir. Son olaraq tərəflərin iradə ifadəsi xx xxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə yekunlaşmış və cavabdeh torpaq sahəsini öz mənafeyinə uyğun olaraq X2 adına sənədləşdirmişdir. Buna baxmayaraq cavabdeh razılaşdırdığı 18500 manat pulun 2000 manat hissəsini iddiaçıya ödəməkdən imtina etmişdir. Cavabdehin pulu ödəməməsinin səbəbi kimi gətirdiyi dəlilləri məhkəmə əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh özü torpaq sahəsinə və evə baxış keçirərək almış, nə həmin zaman, nə də torpaq sahəsini və evi əldə etdikdən sonra hər hansı qüsurlar barədə iddiaçıya qarşı tələb irəli sürməmişdir. Cavabdeh öhdəliyin icrası müddəti başa çatdıqdan sonra, yəni xx xxx 2020-ci il tarixdə torpaq sahəsini X2 adına keçirmiş, alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməmişdir. Digər tərəfdən cavabdeh torpaq sahəsi və evin ona məhz bildirdiyi şərtlərlə sartılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin alınması üçün razılaşdıqları 18 500 manat puldan 2000 manat hissəsini iddiaçıya müəyyənləşdirilmiş vaxtda ödəmədiyi müəyyən edilmişdir. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı oğlunaödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2438/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2438/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver