Məhkəmə qərarları › İş №2(043)-2442/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2442/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2442/2020 29.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı «cavabdehlə onun arasında VAZ-21074 markalı, buraxılış ili 2008-ci il olan dövlət qeydiyyat nişanı **-CN-*** avtomaşınla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Dövlət X1 həvalə edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında VAZ-21074 markalı, buraxılış ili 2008-ci il olan dövlət qeydiyyat nişanı **- CN-*** avtomaşınla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin avtomaşın üzərində mülkiyyət hüququnun tanınmas, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Baş Dövlət X1 həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdehlə onun arasında VAZ-21074 markalı, buraxılış ili 2008-ci il olan dövlət qeydiyyat nişanı **-CN-*** avtomaşınla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin avtomaşın üzərində mülkiyyət hüququnun tanınması, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Baş Dövlət X1 həvalə edilməsini xahiş etməklə bir-biri ilə əlaqədar olmayan tələbi birləşdirməklə qeyri müəyyənlik yaratmış, hər iki tələbi bir iddia ərizəsində bir cavabdehə qarşı irəli sürməklə cavabdehə yönələn tələbi dəqiq müəyyən etmək mümkün olmamışdır. Bununla da müəyyən olunur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Baş Dövlət X1 həvalə edilməsi inzibati orqana qarşı yönələn tələb olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı «cavabdehlə onun arasında VAZ-21074 markalı, buraxılış ili 2008-ci il olan dövlət qeydiyyat nişanı **-CN-*** avtomaşınla bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Dövlət X1 həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar