Məhkəmə qərarları › İş №2(043)-2449/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2449/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2449/2020 07.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Göygöl X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı Göygöl X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin dövlət meşə fonduna vurulmuş zərərin əvəzi kimi 487 manat pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisə məhkəmənin icraatında olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Göygöl X1 Mərkəzinin əməkdaşları tərəfindən Hacıkənd meşəbəyliyinin 5 saylı meşə dolayının meşə gözətçisi Cavabdeh mühafizə etdiyi dolayda onun iştirakı ilə aparılan araşdırma zamanı 14,89 m3 həcmdə 10 ədəd müxtəlif cinsli-diametrli köküstə yaş ağacların ərazidən kəsilib aparılması aşkar edilmişdir. Bunun nəticəsində dövlət meşə fonduna 487,84 manat məbləğində zərər vurulmuşdur. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini icraatında 2(043)-1330/2020 saylı mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Göygöl X1 Mərkəzinın Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar