Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2461/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yazılı razılaşmaya əsasən ödənilməyən 5.000 (beş min) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, 1953-cü ildə anadan olmuşdur və hal-hazırda 67 yaşı vardır, şəkər xəstəsi olmaqla bərabər, pensionerdir. Bildirir ki, xx xxxxxx 2012-ci il tarixdə, saat 17:00 radələrində oğlu Mehmanı yaşadığı evinin yaxınlığındakı Zarağan-Ağdaş yolunu keçərkən cavabdehin oğlu X4 ”ZAZ 1102” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuş və o, aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Həmin hadisə ilə bağlı cinayət işi açılmış, yazılı razılaşmaya əsasən ibtidai istintaq və məhkəmə icraatında zərərçəkmiş şəxsin hüquqi varisi kimi təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Həmçinin, bu barədə qeyd Qəbələ Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 1(025)- 23/2013 saylı hökmündə də öz əksini tapmışdır. Belə ki, oğlu X6 hadisə zamanı vəfat etdikdə ailəli olmuş, himayəsində 2007-ci il təvəllüdlü Eynulla və 2008-ci il təvəllüdlü Fərid adında azyaşlı uşaqları olmuş və onların gələcəkdə saxlanılması üçün hər ay hər biri üçün 50-60 manat ödənilməsi barədə təqsirləndirilən şəxs və onun valideyni Cavabdeh ilə razılaşma olmuşdur ki, onların saxlanılması üçün mülki qaydada məhkəməyə hər hansı iddia tələbi ilə müraciət etməmişlər. Sonradan xx.xx.2013-cü il tarixli yazılı razılaşmaya əsasən təqsirləndirilən şəxsin valideyni Cavabdeh ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi o, yəni- İddiaçı Eynullla oğlu arasında 2013-cü ildən 10 (on) il müddətinə hadisə zamanı vəfat etmiş oğlu Mehmanın övladlarının-nəvələrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün 8.000 (səkkiz min) manat pul ödəyəcəyinə söz vermiş və həmin razılaşma şahidlər - onun tərəfdən X2 və cavabdeh tərəfdən X3 və özü imzalamışdır. Yazılı razılaşmanı xx.xx.2013-cü il tarixdə Qəbələ rayonu xüsusi notariusu X10 da təsdiqləyərək reyestrdə 7R-1349 nömrə ilə qeyd etmişdir. Qeyd olunan tarixdən 2020-ci ilin fevral ayına kimi cavadeh 3.000 (üç min) manat ödəmiş, 5.000 (beş min) manat isə borcu qalmışdır. Lakin cavabdeh dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq razılaşmanı niyə yerinə yetirmədiyini, pozduğunu bildirsə də müxtəlif bəhanələr gətirmiş və ödəniş etməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni öz aralarında həll etmək üçün ona xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən yas xərcinə görə verilən məbləğin və sığorta tərəfindən verilən məbləğin cavabdehin öhdəsinə götürdüyü və ödəyəcəyi məbləğə aidiyyatı yoxdur, çünki cavabdeh həmin məbləği uşaqlar üçün ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, onun oğlunun idarə etdiyi avtomobil iddiaçının oğlunu vuraraq ölümünə səbəb olmuş, məhkəmədə cinayət işinə baxılarkən iddiaçı ilə razılıq əldə edilməsinə görə mərhumun iki azyaşlı uşağı üçün 8000 manat pulun onun tərəfindən ödəniləciyini öhdəsinə götürmüş və bu barədə notarial qaydada onun tərəfindən qəbz verilmişdir. Həmin məbləğ onun tərəfindən və sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda xəstə olduğundan və maddi imkanı olmadığından iddiaçıya maddi köməklik edə bilmir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2013-cü il tarixli borcun etiraf olunması barədə müqavilədən görünür ki, Cavabdeh 2013-cü ildən etibarən 10 il müddətində İddiaçı nəvələrinin güzəranı üçün 8000 (səkkiz min) manat ödəyəcəyinə vəd vermişdir. Razılaşma şahidlər X2 və X3 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 1(025)-23/2013 nömrəli, xx xxx 2013-cü il tarixli hökmün surətindən görünür ki, avtomobili idarə edən X4 tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olmuşdur. X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini iradə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, tərəflər arasında razılığa əsasən Cavabdeh oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq, xx.xx.2013-cü il tarixdə iddiaçının azyaşlı nəvələrinin saxlanılması üçün 8000 (səkkiz min) manat pulu İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İşin bu halını tərəflər mübahisələndirməmişlər. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin üzərinə götürmüş öhdəlikdən 3000 manat ona ödəniş etdiyini, 5000 manat hissəsinin isə ödənilmədiyini bildirərək cavabdehdən tələb etmişdir. Cavabdeh isə öz dəlillərində iddiaçı ilə razılığa əsasən öhdəsinə götürmüş 8000 (səkkiz min) manat pulun bir qisminin onun tərəfindən, bir qismi isə sığorta tərəfindən ödənilməli olmasını göstərib, həmin məbləğin iddiaçıya tam olaraq ödənildiyini bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1.-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 326.-ci maddəsinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2.-ci maddəsinə görə tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər Həmin Məcəllənin 327.-ci maddəsinə görə birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.5.-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 397.2.-ci maddəsinə görə müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq, xx.xx.2013-cü il tarixdə iddiaçının azyaşlı nəvələrinin saxlanılması üçün 8000 (səkkiz min) manat pulu ödəyəcəyini öhdəsinə götürməsi barədə yazılı və notarial qaydada sənəd vermiş, həmin sənəddə həmin məbləğin sığorta tərəfindən ödəniləcək məbləğ nəzərə alınacağı barədə hər hansı bir qeyd aparılmamış və ya başqa bir şərt qoyulmamışdır. Bundan əlavə cavabdeh öhdəsinə götürdüyü pulun onun tərəfindən tam ödənilməsini bildirməsinə baxmayaraq, öz dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunur ki, cinayət işinə baxılarkən barışıq əldə edilməsi üçün cavabdeh iddiaçının qarşısında 8000 (səkkiz min) manat pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasında bu razılıq və barışıq əldə olunmasa da, vurulmuş ziyanla bağlı sığorta tərəfindən ödəniş iddiaçıya veriləcəkdi. Bu halda onlar arasında sığorta məbləğinin qeyd edilən öhdəlik üzrə məbləğə aid edilməsi və bu şərtlə tərəflərin razılığa gəlməsini məhkəmə inandırıcı hesab etmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə veriməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul və məhkəmə xərci qismində 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X17 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2461/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2461/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver