Məhkəmə qərarları › İş №2(043)-2469/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2469/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2469/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxx” ASC-nə və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxx” ASC-nə və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasındaİddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər “xxxxxxxx” ASC-nə və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X3məhkəmə iclasında ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “xxxxxxxx” ASC-nə və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə kreditin təminatı kimi girov qoyulmuş 5800 manat dəyərində qızıl əşyaların kreditin silinməsinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar