Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-248/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinın Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən istifadə etdiyi təbii qazın dəyəri olan 423 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, “Azəriqaz” X1 X4 İdarəsi ilə Cavabdeh arasında 09.06.2020-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.5.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. bağlanmış müqaviləyə əsasən Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə 423 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə tərəflərindən rəsmi xəbərdaqlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, istifadə etdiyi qazın dəyərini maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- «Azəriqaz» X1 X5 İdarəsi ilə Cavabdeh arasında bağlanmış 09.06.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, «Azəriqaz» X1 X5 İdarəsi istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. **********10000 nömrəli abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2019,2020 və 2021-ci illər ərzində istifadə edilmiş təbii qaza görə qalıq borcu 423 manat təşkil edir. 13.09.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş ücün əhəmiyyətli olan halları araşırıb tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi cavabdeh istifadə etdiyi təbii qazın dəyərini müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada tam həcmdə ödəmədiyindən 423 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 423 (dörd yüz iyirmi üç) manat pul cavabdehdən alınaraq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 423 (dörd yüz iyirmi üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat 40 qəpik) manat alınaraq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********,İBAN: AZ72İBAZ******************** hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-248/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-248/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver