Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2505/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dörd müqavilə üzrə 2600 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2630 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, "xxxx" MMC ilə 03.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 650 manat (12 ay x 54 manat + 2 manat ilkin ödəniş ) İMEİ kodu **********41449 olan X3 8 markalı telefon üçün 374 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, cəmi 487 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 03.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 625 manat (6 ay x 103 manat + 7 manat ilkin ödəniş), Tozsoran Philips, Paltarqurudan Perilla, Router TP-Link üçün 77 manat ödənilməmiş hissə , 31 manat dəbbə, cəmi 108 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 15.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1471 manat (12 ay x 116,50 manat + 73 manat ilkin ödəniş), Lenova İdeapad 330 markalı komputer üçün 1049 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu , cəmi 1362 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 11.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 565 manat (12 ay x 45 manat + 25 manat ilkin ödəniş), İMEİ kodu **********52349 olan X3 8 markalı telefon üçün üçün 495 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, cəmi 643 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1316 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 01096204 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 650 manat olan İMEİ kodu **********41449 olan “X3 8” markalı telefonu nisyə qaydada almış, 2 manat ilkin ödəniş etməklə ayda 54 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 01097199 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 625 manat olan “Tozsoran Philips, Paltarqurudan Perilla, Router TP-Link” adlı məhsulları ilkin 7 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 103 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.01.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1471 manat olan “Lenova İdeapad 330” markalı kompüteri ilkin 73 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 116,5 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 11.04.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 565 manat olan İMEİ kodu **********52349 olan “X3 8” markalı mobil telefonu 25 manat ilkin ödənişlə nisyə qaydada almış, malın dəyərini ayda 45 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.12.2019cu il tarixli 01096204 saylı müqavilə üzrə əsas məbləğdən 276 manat ödəmiş, 374 manat borcu qalmışdır. Ödənişlərin 210 gün gecikdirilməsinə görə 113 manat dəbbə pulu hesablanmışdır. 03.12.2019-cu il tarixli 01097199 saylı müqavilə üzrə əsas məbləğdən 548 manat ödəmiş, 77 manat borcu qalmışdır. Ödənişlərin 30 gün gecikdirilməsinə görə 31 manat dəbbə pulu hesablanmışdır. 15.01.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 422 manat ödəmiş, 1049 manat borcu qalmışdır. Ödənişlərin 270 gün gecikdirilməsinə görə 313 manat dəbbə pulu hesablanmışdır. 11.04.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 70 manat ödəmiş, 495 manat borcu qalmışdır. Ödənişlərin 330 gün gecikdirilməsinə görə 148 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 1316 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 1995 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 03.12.2019-cu il tarixli 01096204 saylı müqavilə üzrə dəbbə pulu azaldılmalı və 12 manat məbləğində, 03.12.2019-cu il tarixli 01097199 müqavilə üzrə 5 manat məbləğində, 15.01.2020-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində və 11.04.2020-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, dörd müqavilə üzrə 1995 manat ödənilməmiş hissə, 87 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 03.12.2019-cu il tarixli 01096204 saylı müqavilə üzrə 374 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli 01097199 müqavilə üzrə 77 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 15.01.2020-ci il tarixli müqavilə üzrə 1049 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, 11.04.2020-ci il tarixli müqavilə üzrə 495 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2082 (iki min səksən iki) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2505/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2505/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver