Məhkəmə qərarları › İş №2(043)-2509/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2509/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2509/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən xx xxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 694,28 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində olan çəkisi 18.3 qr olan bir ədəd dəst, bir cüt sırğa, bir ədəd qolbağı qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 Təşkilatı “X4” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, LD**********saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə, illik 4.41 faiz dərəcəsi ilə xx xxxx 2019cu il tarixə qədər 1406 ABŞ dolları məbləğində borc verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi xx xxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan 250 ABŞ dolları dəyərində,18.3 qram olanbir ədəd dəst, bir cüt sırğa, bir ədəd qolbağı adlıqızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə borcu xx.xx.2020-ci il tarixli arayışa əsasən 694,28 ABŞ dolları təşkil edir. X5 Kredit Təşkilatı“xxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, iddianı tam müdafiə etdiyi bildirmiş və işə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X7 Təşkilatı “X4” MMC-in Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 40 ay müddətinə, illik 4.41 faiz dərəcəsi ilə xx xxxx 2019-cu il tarixə qədər 1406 ABŞ dollarıməbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh BOKT "X4” MMC-nin xəzinadarlığından 1406 ABŞ dolları pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT “X4” MMC-nin Cavabdeh qarşı kredit müqavilələri üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X7 Təşkilatı “xxxxxxxx” MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 694,28 ABŞ dollarıborcu vardır. Faiz və cərimə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam şəkildə xx xxxx 2019-cu il tarixədək qaytarmalı olduğu halda öz öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehə qarşı tələb hüququ kreditor tərəfindən iddiaçıya güzəşt olunmuşdur. Buna görə də iddiaçı borc məbləğinin qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İddianın borc üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi tələbi hissəsi isə əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2016-cı il tarixli, LD********** saylı girov müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh X7 Təşkilatı “X4” MMC ilə bağladığı xx xxxx 2016-cı il tarixli, LD********** kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 1550 manat dəyərində ev əşyalarını (1 ədəd tv mitsubishi, 1 ədəd soyuducu, 1 ədəd divan kreslo, 1 ədəd mebel (dəst), 1 stol stul, 4 ədəd xalça və 1 ədəd yataq mebeli) girov qoymuşdur. Göründüyü kimi iddiaçının girov predmeti kimi tutmanın yönəldilməsini tələb etdiyi qızıl-zinət əşyaları girov müqaviləsində və ya girov müqaviləsinin əlavəsində göstərilməmişdir. Bu isə həmin əşyaların girov predmeti olmasını və onlara tutma yönəldilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşin materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 694,28 (altı yüz doxsan dörd ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu 30 (otuz) manat pul tutularaq X5 Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar