Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-251/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin Cavabdeh qarşı “yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, 38/83 nömrəli Hərbi şəhərcik, bina 389, 34 nömrəli mənzildə yaşayan Cavabdeh yaşayış sahəsinə və kommunal xidmətlərə görə bugünədək olan 205,85 manat məbləğində olan debitor borcunun dövlətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində yerləşən 38/83 nömrəli Hərbi şəhərcik Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hisssinin balansındadır. Bu səbəbdən də müvafiq qanunvericiliyə əsasən şəhərcikdə kirayəçi yaşayış sahəsində və kommunal xidmətlərdən istifadə edən vətəndaşların, tarif şurasının təsdiq etdiyi normalara əsasən dövlətə olan haqqın ödənilməsini həyata keçirir. 22.10.2021-ci il tarixdə1 nömrəli Mənzil İstismar sahəsinin rəisi Müdafiə Nazirliyinin Gəncə Mənzil-İstismar hissəsinin rəisinə raporta müraciət edərək 38/83 nömrəli Hərbi şəhərcik bina 389, 34 nömrəli ünvanda yaşayan Cavabdeh ailəsi ilə birlikdə yaşayış sahəsi və kommunal xidmətlərdən istifadə etdiyinə görə 2021-ci ilin sentyabr ayına qədər dövlətə 205,85 manat məbləğində borcun olduğunu bildirmişdir. Bununla əlaqədar 1 nömrəli Mənzil İstismar sahəsinin rəhbərliyi tərəfindən vətəndaşa dövlətə olan borcunun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilmiş, buna baxmayaraq cavabdedh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Həmçinin, cavabdehə dövlətə olan borcunun tam şəkildə olmasa da qismən ödənilməsi təklif olunsa da cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, hesablanmış borcun 2011-ci ildən iddia ərizəsinin verildiyi tarixədək, yəni 08.12.2021-ci il tarixədək hesbalandığını bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi ilə cavabdeh Cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi haqqnda müqavilə bağlanaraq, icraçı mənzil istismar sahəsi təminatında olan hərbi şəhərciklərdə yaşayış binalarının, kommunal qurğuların istismarını və həyətlərin abadlaşdırılmasını təşkil etməyi öhdəsinə götürmüşdür. “Sifarişçi” mənzilin istismar xərclərinin və məişət tullantılarının daşınması ilə əlaqədar olan xidmət haqqının ödənilməsini ödənilməsini təmin edir. Müqavilə 25 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilədək qüvvədədir. İş materiallarında olan 30 aprel 2003-cü il tarixli ev sahibliyinin qiymət vərəqəsindən görünür ki, Gəncə şəhəri, 38/83 nömrəli Hərbi şəhərcik, bina 389, 34 nömrəli mənzil Cavabdeh (25 aprel 2003-cü il tarixli, 42-1-156 saylı alqı-satqı müqaviləsi) sahibliyindədir. İş materiallarında olan Gəncə rayon Mənzil İstismar hissəsi arayışlarından görünür ki, Cavabdeh kommunal xidmətlərə görə 04.03.2021-ci il tarixinə 204,72 manat, 12 may 2021-ci il tarixə 208,11 manat və 07 iyun 2021-ci il tarixə 209,24 manat borcu vardır, borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 2021-ci ilin yanvar ayından kirayəçilərdən ödəmələrin daxil olması jurnalından çıxarışdan görünür ki, Cavabdeh 205,85 manat borcu vardır. İş materiallarında olan Gəncə rayon Mənzil İstismar hissəsinin 25 oktyabr 2021-ci il tarixli, 127 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, 38/83 nömrəli Hərbi şəhərcik, bina 389, 34 nömrəli mənzildə yaşayır. İş materiallarında olan kommunal borcun ödənilməsi barədə 1 nömrəli MİS tərəfindən tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, 2012-2021-ci illər üzrə aylıq mənzil haqqı 0,53 manat, zibil haqqı 0,60 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Məcəllənin 137.3-cü maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh mənzil sahibi olaraq iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsini daşısa da öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla belə, iddiaçı həmin müqavilədən irəli gələn öhdəlik üzrə 2011-ci ildən 2021-ci ilədək olan dövr üçün nəzərdə tutulmuş borcu tələb etsə də beş ildən artıq müddət üçün nəzərdə tutulmuş borcu tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Kommunal xidmətlərə görə haqqın ödənilməsi vaxtaşırı ödəniş hesab olunur. Belə ki, kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyi müvafiq xidmətlərdən istifadə edildiyi ayın sonunda əmələ gəlir və xidməti göstərən şəxsin həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranır. Bu baxımdan həmin öhdəlik beş il müddətində qüvvədə olur və beş il keçdikdən sonra öhdəliyə müddətin keçməsinə görə xitam verilir. Buna görə də hazırkı iddia tələbi üzrə iddiaçı ərizənin verildiyi vaxtdan ən çoxu beş il əvvələ qədərki dövr üçün haqqın ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 08.12.2016-cı il tarixdən 08 dekabr 2021-ci il tarixədək (məhkəməyə müraciət etdiyi günədək) olan dövr üçün mənzil haqqı (aylıq ödəniş 0,53 manat) və kommunal xidməti haqqına (aylıq ödəniş 0,60 manat), ümumilikdə hər ay üçün 1,13 manat olmaqla 60 ay üçün 67,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmət haqqına görə 67,80 (altmış yeddi manat, səksən qəpik) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-251/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-251/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver