Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2510/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı X4 Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «X3» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas məbləğ üzrə 1625,000 manat, faiz üzrə 407,04 manat,cərimə üzrə 162,50 manat olmaqla, ümumilikdə 2194,54 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 Təşkilatı “X3” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış «30» noyabr 2015-ci il tarixli, LD**********4 saylı kredit müqaviləsinə əsasən cavabdehə 10 (on) ay müddətinə «01» dekabr 2017-ci il tarixə qədər aylıq qalıq borcun 25% dərəcəsini tətbiq etməklə 1773 manatı məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödəniliməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh və Zamin «27» aprel 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1625,00 (bir min altı yüz iyirmi beş) manat, faiz üzrə 407,04 (dörd yüz yeddi manat 04 qəpik) manat, cərimə üzrə 162,50 (yüz altmış iki manat 50 qəpik) manat olmaqla ümumilikdə 2194,54 (iki min yüz doxsan dörd manat 54 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, BOKT X3 MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT xxxxxxxx MMC-yə satılmışdır (güzəşt edilmişdir). Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, LD**********4 saylı kredit müqaviləsinin surətindən görünür ki, X4 Təşkilatı “X3” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında 24 ay müddətinə illik 25% olmaqla, 1773 manat məbləğində borc verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin ilə Cavabdehnın xx.xx.2015-ci il tarixli, LD**********4 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT “X3” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X4 Təşkilatı “xxxxxxxx” MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdehnın BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 1625,00 (bir min altı yüz iyirmi beş) manat, faiz üzrə 407,04 (dörd yüz yeddi manat 04 qəpik), cərimə üzrə 162,50 (yüz altmış iki manat 50 qəpik) manat miqdarında borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, BOKT “X3” MMC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. BOKT “X3” MMC özünün Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn hüquqlarını və tələblərini xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı BOKT “xxxxxxxx” MMC-yə vermişdir (güzəşt etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh əsas və faiz borclarının və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh ilə kredit müqaviləsi xx xxxxxx 2015-ci il tarixində 24 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarix xx xxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Zamin ilə xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən Zamin qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdeh Zamin qarşı iddia təmin edilə bilməz. Məhkəmə Cavabdeh tələb olunan dəbbə pulu məbləği ilə bağlı qeyd edir ki, iddiaçının əmlak mənafeləri də nəzərə alınmaqla tələb olunan dəbbə pulu tənasübsüz dərəcədə yüksək olduğundan azaldılaraq 16 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc məbləği üzrə 1625,00 manat, kredit faizləri üzrə 407,04 manat, cərimə faizləri üzrə 16 manat olmaqla, cəmi 2048,04 (iki min qırx səkkiz manat 04 qəpik) manat tutularaq, X4 Təşkilatı İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia Cavabdeh münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1625,00 (bir min altı yüz iyirmi beş) manat, faiz üzrə 407,04 (dörd yüz yeddi manat 04 qəpik), cərimə üzrə 16 (on altı) manat olmaqla ümumilikdə 2048,04 (iki min qırx səkkiz manat 04 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin tutularaq iddiaçı X4 Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2510/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2510/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver