Məhkəmə qərarları › İş №2(043)-2511/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2511/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2511/2020 20.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxx 2019-cu il tarixli 800804-723520/1 nömrəli kredit müqaviləsi üzrə 2.159,75 manat əsas borc, 173,48 manat faiz borcu olmaqla, cəmi 2.333.23 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 800804-723520/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 3.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, ona olan borcunu ödəməmişdir. xx xxxx 2020-ci il tarixinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.159,75 manat əsas borc, 173,48 manat faiz borcu olmaqla, cəmi 2.333,23 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verib, həmçinin maliyyə arayışı təqdim edərək cavabdehin banka ödəniş etdiyini, hazırda 2.084,75 manat əsas, 264,94 faiz olmaqla, cəmi 2349,69 manat məbləğində borcu qaldığını bildirdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək banka 2.084,75 manat əsas borcu qaldığını və qərar qəbul edilən zaman nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 800804-723520/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 001/007/2890/2020 nömrəli maliyyə arayışından görünür ki, xx xxxx 2019-cu il tarixli 800804-723520/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 2.159.75 manat əsas borc, 173,48 manat faiz borcu olmaqla, cəmi 2.333,23 manat təşkil edir. Kredit müqaviləsi üzrə gecikmə 102 gündür. Məhkəmə izahatı dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, bununla da aralarında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, yuxarıda qeyd olunan maliyyə arayışlarından da görünür ki, borclu kredit müqavilələri bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun kredit müqavilələri üzrə iddiaçıya 2.084,75 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış 2.084,75 manat əsas kredit borcu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə məlum kredit məbləğini faizlərlə (illik 25 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş maliyyə arayışında ödənilməsi 264,94 manat məbləğində faiz borcu göstərilsə də, iddiaçı tərəfindən məhkəmə iclasında iddia ərizəsində qeyd olunan 173,48 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tələb olunan həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Ona görə də, kredit müqaviləsi üzrə hesablanmış 173,48 manat məbləğində faiz borcu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 800804-723520/1 kredit müqaviləsi 2.084,75 manat əsas borc, 173,48 manat faiz borcu olmaqla, ümumilikdə 2.258,23 manat borc və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar