Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2517/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Nizami rayon Muxtar Hacıyev küçəsi, döngə 4, ev 17-də “İddiaçı” X1 RQİİ-nə məxsus diametri 57 mm-lik yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasında (üzərində) inşa olunmuş Fərdi yaşayış evinin boşaldılması və Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılması və ödənilmiş 10,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq “İddiaçı” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ünvan 1 ünvanında yerləşir. Hazırkı iddia qanuni sahib olduğunu iddia edən “İddiaçı” İstehsalat Birliyinin hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddiadır. Buna görə də işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Gəncə şəhər Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2517/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2517/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver