Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2520/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, cavabdeh X3 iştirakı ilə, xxxxxxx ASC-nin cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xxxxxxx ASC cavabdeh X6 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xxxxxxx "xxxxxxx" ASC-nin xeyrinə əsas borc üzrə 544,25 (beş yüz qırx dörd ABŞ dolları, 25 sent) ABŞ dolları, faiz borcu üzrə 438,65 (dörd yüz otuz səkkiz ABŞ dolları, 65 sent) ABŞ dolları, cəmi 982,90 (doqquz yüz səksən iki ABŞ dolları, 90 sent) ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xxxxxxx iddia ərizəsini onunla əsaslandırmışdır ki,xxxxxxx ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Filialın müştərisi olan Cavabdeh xx.xx.2017-ci tarixdə ona məxsus valyuta kartına 10000 ABŞ dolları mədaxil etmiş, daha sonra bilərəkdən dərhal 10000 USD (hesab ********************) vəsaiti POS terminal vasitəsilə (1$=1.7973) 17973 AZN (10544.25 USD kimi) kimi almışdır. Məxaric 16:50 olduğu üçün, xx.xx.2017-ci il tarixdə məzənnə dəyişikliyi ilə əlaqədar həmin məbləğ bank tərəfindən yeni məzənnə ilə (1$=1.704) hesablanmışdır və nəticədə ******************** hesabda mənfi 544.25 ABŞ dolları qalığ yaranmışdır. Cavabdeh “Bank kartlarının aılnması və onlardan istifadə edilməsinə dair” müqavilədə qeyd olunan əməliyyatlar etməklə yaranmış vəziyyətdən istifadə edərək karta 10000 USD (1.704 manat kursu ilə) mədaxil edərək, daha sonra POS terminal vasitəsilə onu artiq kursla (1.7973 manat kursu ilə) 17973 manat (10544.25 USD) məxaric edərək əsassız varlanmışdır. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən,Cavabdeh Bankaəsas borc üzrə 544.25 (beş yüz qırx dörd dollar 25 sent) USD, faiz borcu üzrə 438.65 (dörd yüz otuz səkkiz dollar 65 sent) USD, cəmi 982.90 (doqquz yüz səksən iki dollar 90 sent) USD borcu mövcuddur.Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün xxxxxxx tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Əvvəlki məhkəmənin iclasında iştirak edən xxxxxxx ASC-nin nümayəndəsi X1 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, xxxxxxx ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında cavabdeh X8 mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiada göstərilən məlumatlar yanlışdır. Çünki xxxxxxx ilə aralarında heç bir borc müqaviləsi bağlanmamışdır və üzərinə bundan irəli gələn heç bir hüquqi öhdəlik qoyulmamışdır. xxxxxxx ilə aralarında sadecə kommersiya təşkilatının bütün müştərilərə təklif etdiyi debet kartın alınmasına görə müqavilə olub. Debet karta isə yalnız müştəri özü vəsait mədaxil edə, məxaric edə bilər. Kredit kartlarından fərqli olaraq, bu karta bank tərəfindən heç bir maliyyə vəsaiti mədaxil edilməmişdir. Əksinə olaraq, plastik debet kartın verilməsi və digər əməliyyatlar üçün sözügedən bank ondan xidmət haqqı tutmuşdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh tərəfin iddianın baxılmamış saxlanılmasına etiraz etməsini nəzərə alaraq hesab etmişdir ki, məhkəmə baxışının əsassız uzadılmaması üçün xxxxxxxnın iştirakı olmadan işə baxılmalıdır. İş materiallarına əlavə edilmiş xxxxxxx "xxxxxxx" ASC-nin Gəncə filialı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilədən görünür ki, Bank tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxxxxx" ASC -yə əsas borc üzrə 544,25 (beş yüz qırx dörd ABŞ dolları, 25 sent) ABŞ dolları, faiz borcu üzrə 438,65 (dörd yüz otuz səkkiz ABŞ dolları, 65 sent) ABŞ dolları, cəmi 982,90 (doqquz yüz səksən iki ABŞ dolları, 90 sent) ABŞ dollarıborcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh tərəfindən borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iddia tələbinin dəlillərini əsassız hesab edir. Belə ki, xxxxxxx" ASC-nin Gəncə filialı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1 və 6.2-ci bəndlərində göstərilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Həmin müqavilənin 8.1 və 8.2-ci bəndlərində göstərilmişdir ki, kart sahibi plastik kartın loqotipi olan ATM və məntəqələrindən nəğd pul alma əməliyyatında Bankın müəyyən edəcəyi limitləri aşmamağı öhdəsinə götürür. Kart sahibi alınan nəğd pulun məbləğinin əməliyyatın aparıldığı tarixdə qüvvədə olan faiz və komisyon haqları ilə birlikdə hesabdan tutulacağını və borc kimi qeyd ediləcəyini qəbul edir. Kart sahibi, istirahət günlərində nağd pul alma əməliyyatlarının sonrakı birinci iş gününə müvafiq olaraq hesablanacağını qəbul edir. Həmin müqavilənin 8.4-cü bəndində göstərilmişdir ki,ATM-lərdən nağd pul alma zamanı nağd ödəmə sənədi tərtib edilmədikdə, kart sahibi Bankın bu əməliyyatlar barədə təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının (kompüter məlumatlarının) qəti dəlil olduğunu qəbul edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında bank kartının alınması və ondan istifadə edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya istifadə etmək üçün plastik kart verilmişdir. Cavabdeh xx.xx.2017-ci tarixdə ona məxsus valyuta kartına 10000 ABŞ dolları mədaxil etmiş, daha sonra həmin gün saat 16:50-də POS terminal vasitəsilə hesabından məxaric etmişdir. Cavabdeh tərəfindən bu əməliyyat iş günü ərzində aparılmış və Bank tərəfindən müqavilənin 8.1-ci bəndinə uyğun olaraq əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqqını cavabdehin hesabından tutmuşdur. xxxxxxx tələbinin xx.xx.2017-ci tarixdə hesaba qoyulmuş pul həmin gün saat 16:50də məxaric edilməsi, xx.xx.2017-ci il tarixdə məzənnə dəyişikliyi ilə əlaqədar həmin məbləğ bank tərəfindən yeni məzənnə ilə (1$=1.704) hesablanması və nəticədə ******************** hesabda mənfi 544.25 ABŞ dolları qalıq yaranması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən, kart sahibi alınan nəğd pulun məbləğinin əməliyyatın aparıldığı tarixdə qüvvədə olan faiz və komisyon haqları ilə birlikdə hesabdan tutulacağını və borc kimi qeyd ediləcəyini qəbul etmiş, kart sahibi istirahət günlərində nağd pul alma əməliyyatlarının sonrakı birinci iş gününə müvafiq olaraq hesablanacağı, Bankın bu əməliyyatlar barədə təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının (kompüter məlumatlarının) qəti dəlil olması barədə razılığa gəlmişlər. Qeyd olunan əməliyyat iş günü və iş saatı müddətində kart sahibi tərəfindən aparılmış və onun hərəkətləri müqavilə şərtlərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.5.-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404.1.-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1.-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmçinin məhkəmə qeyd edir ki, xxxxxxx ilə cavabdeh arasında bağlanılmış müqavilədə tərəflər, kart sahibinin alınan nəğd pulun məbləğinin əməliyyatın aparıldığı tarixdə qüvvədə olan faiz və komisyon haqları ilə birlikdə hesabdan tutulacağını və borc kimi qeyd ediləcəyini qəbul etmiş, istisna olaraq yalnız kart sahibinin istirahət günlərində nağd pul alma əməliyyatlarının sonrakı birinci iş gününə müvafiq olaraq hesablanacağı barədə razılığa gəlmiş, müqavilədə digər əsaslar göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xxxxxxx ASC-nin cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, xxxxxxx tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu xxxxxxxnın özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xxxxxxx ASC-nin cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu xxxxxxx ASC-yə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2520/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2520/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver