Məhkəmə qərarları › İş №2(043)-2528/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2528/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2528/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdehlər X4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEi kodu **********55648 Samsung J2 markalı telefon üçün 201 (iki yüz bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu; İMEi kodu **********28638 Samsung J2 markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu, ümumilikdə 693 (altı yüz doxsan üç) manat borc və 30 manat dövlət rüsumu, cəmi 723 (yeddi yüz iyirmi üç) manat cavabdehlərdən müştərək qaydada alınaraq, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEi kodu **********55648 Samsung J2 markalı telefon, İMEi kodu **********28638 Samsung J2 markalı telefon almış və nəticədə 693 (altı yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki)manat (12 ay x 31 manat+ 0 manat ilkin ödəniş) olan İMEi kodu **********55648 Samsung J2 markalı telefon üçün 266 (iki yüz altmış altı) manat olmaqla ondan, 201 (iki yüz bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki)manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********28638 Samsung J2 markalı telefon üçün 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla ondan, 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu miqdarında borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 218 (iki yüz on səkkiz) manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmış, zamin Cavabdeh2 xxxxxxxxxxx» MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsində göstərilən texniki səhvin düzəldilərək, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEi kodu **********55648 Samsung J2 markalı telefon üçün 201 (iki yüz bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu; İMEi kodu **********28638 Samsung J2 markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu ümumilikdə 693 (altı yüz doxsan üç) manat borc və 30 manat dövlət rüsumu, cəmi 623 (yeddi yüz iyirmi üç) manat cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X8 məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********55648 Samsung J2 markalı telefon; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEi kodu **********28638 Samsung J2 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin X8 xxxxxxxxxxx» MMC qarşısında alıcı Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEi kodu **********55648 Samsung J2 markalı telefon üçün 201 (iki yüz bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu olmaqla cəmi 266 (iki yüz altmış altı) manat; xx.xx.2018-ciil tarixli müqaviləyə əsasən, İMEi kodu **********28638 Samsung J2 markalı telefonüçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu olmaqla cəmi 427 (dörd yüz iyirmi yeddi) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh1 və X5 ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEi kodu **********55648 Samsung J2 markalı telefonalmış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-ə 201 (iki yüz bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu hesablanmışdır; həmçinin xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********28638 Samsung J2 markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-ə 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu hesablanmışdır. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmış, zamin X8 xxxxxxxxxxx» MMC qarşısında alıcı Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 167 (bir yüz altmış yeddi) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 526 (beş yüz iyirmi altı) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 576 (beş yüz yetmiş altı) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 526 (beş yüz iyirmi altı) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 606 (altı yüz altı) manat pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X13 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar