Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-253/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 539,71 (beş yüz otuz doqquz manat 71 qəpik) manat məbləğində kommunal xidmətlərə görə debitor borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhərində yerləşən 38-83 nömrəli hərbi şəhərcik Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-istismar hissəsinin balansındadır. Bu səbəbdən Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən şəhərcikdə kirayəçi yaşayış sahəsində və kommunal xidmətlərdən istifadə edən vətəndaşların, tarif şurasının təsdiq etdiyi normalara əsasən kommunal xidmətlərin ödənilməsi həyata keçirilir. 22.10.2021-ci il tarixdə 1 nömrəli Mənzil istismar sahəsinin rəisi X3 Nazirliyinin Gəncə Mənzil-İstismar hissəsinin rəisinə raportla müraciət edərək, 38-83 nömrəli hərbi şəhərcik bina 389, mənzil 13 ünvanında yaşayan Cavabdeh ailəsi ilə birlikdə yaşayış sahəsi və kommunal xidmətlərindən istifadə etdiyinə görə 2021-ci ilin sentyabr ayına qədər 539,71 (beş yüz otuz doqquz manat 71 qəpik) manat borcun olduğunu bildirmişdir. Bununla əlaqədar 1 nömrəli Mənzil İstismar sahəsinin rəhbərliyi tərəfindən cavabdehə kommunal xidmətə görə olan borcun ödənilməsinin vacib olduğu bildirilərək, şifahi və rəsmi xəbərdarlıqlar olunmuş, lakin cavabdeh ayrı-ayrı bəhanələrlə bu günə qədər ödəniş etməkdən yayınmış və kommunal borcu ödəməmişdir. Əlavə olaraq cavabdehə güzəşt edilərək, qanunla müəyyən olunmuş qaydada borcu tam şəkildə olmasa da, qismən ödənilməsi təklif olunmuş, lakin bu günə kimi cavabdeh heç bır nəticə çıxarmamış, yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişdən yayınmışdır. Belə olduğu halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, məişət tullantılarına görə tutulan xidmət haqqını ödəməyə razıdır. Lakin onlara iddiaçı tərəfindən hər hansı bir kommunal xidmət göstərilmir. Bununla yanaşı yaşadığı mənzil onun xüsusi mülkiyyətində olmaqla mənzil haqqının ondan tələb olunması əsassızdır. Odur ki, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 25.01.2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Cəncə rayon Mənzil İstismar hissəsi ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanaraq, icraçı mənzil istismar sahəsi təminatında olan hərbi şəhərciklərdə yaşayış binalarının, kommunal qurğuların istismarını və həyətlərin abadlaşdırılmasını təşkil etməyi öhdəsinə götürmüşdür. 2021-ci ilin yanvar ayından kirayəçilərdən ödəmələrin daxil olması jurnalından çıxarışdan görünür ki, Cavabdeh 539,71 manat borcu vardır. Kommunal borcun ödənilməsi barədə 1 nömrəli MİS-i tərəfindən tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, 212-2021-ci illər üzrə aylıq mənzil haqqı 0,92 manat, zibil haqqı 1,20 manat təşkil etmişdir. 13.07.2021, 12.08.2021 və 07.09.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı ******* nömrəli çıxarışın əslindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanda yerləşən 13 nömrəli mənzil mülkiyyət hüququ üzrə rəsmi reyestrdə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh mənzil haqqını və kommunal xidmətə görə zibil haqqını ödəmədiyi üçün 539,71 manat borcu qalmışdır. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək mənzil onun xüsusi mülkiyyətində olmaqla mənzil haqqının ondan tələb olunmasının əsassız olduğunu göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. İşin müüəyyən olunmuş hallarından görünür ki, həqiqətən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 ünvanda yerləşən 13 nömrəli mənzil 28.11.2006-cı ildə xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır. Bununla yanaşı iddiaçı kommunal xidmətinin 2011-2021-ci illər üzrə ödənilməsini tələb etsə də son beş ildən artıq müddətdə tələb etməkdə haqlı olmamışdır. Belə ki, müddətin keçməsinə görə öhdəliyə xitam verilməsindən bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə tərəflərin izahatını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.3-cü maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Göründüyü kimi tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanaraq, tərəflər üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2017-2021-ci illər üzrə kommunal xidmətinə (zibil haqqına) görə 73,20 (yetmiş üç manat 20 qəpik) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 73,20 (yetmiş üç manat 20 qəpik) manat kommunal xidməti haqqı alınaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin hesabına ödənilsin. Cavabdeh iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-253/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-253/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver