Məhkəmə qərarları › İş №2(043)-2530/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2530/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2530/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Divan Adona-Mobilya Jozefina üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə pulu olmaqla,cəmi 94 manat; mətbəx stolu və stulu üçün 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə pulu olmaqla, cəmi 289 manat;İMEİ kodu **********53434 olan “Samsung Galaxy A8 Plus” markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə pulu olmaqla, cəmi 912 manat; “Panasonic” markalı tozsoran üçün 161 (yüz altmış bir) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu olmaqla, cəmi 209 manat; “Shosman” markalı 13 parçalı qazan dəsti üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu olmaqla, cəmi 140 manat;İMEİ kodu **********56556 “Samsung J2” markalı telefon üçün 171 ( yüz yetmiş bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə pulu olmaqla, cəmi 205 manat; İMEİ kodu **********37026 “iPad 6” markalı planşet üçün 836 (səkkiz yüz otuz altı)manat ödənilməmiş hissə, 160 (yüz altmış) manat dəbbə pulu olmaqla, cəmi 996 manat; “HOFFMANN” markalı kondisioner üçün 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə pulu olmaqla, cəmi 950 manat; “Gorenje” markalı fritoz üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu olmaqla, cəmi 205 manat;“Gorenje” markalı ətçəkən üçün 462 (dörd yüz altmış iki) manatödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 512 manat; İMEİ kodu **********01905 “Samsung Galaxy A8 Plus” markalı telefon üçün 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə 5658 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5688 manat Cavabdeh alınaraq “«xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, yuxarıda qeyd edilən malları nisyə qaydada hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 579 (beş yüz yetmiş doqquz) manat (24 ay x 24 manat +3 manat ilkin ödəniş) olan Divan Adona-Mobilya Jozefina üçün 94 (doxsan dörd) manat olmaqla ondan 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə pulu; xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat (24 ay x 37 manat+ 0 manat ilkin ödəniş)mətbəx stolu və stulu üçün 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə pulu; xx.xx.2018ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1920 (doqquz yüz iyirmi) manat (24 ay x 80 manat + 0 manat ilkin ödəniş),İMEİ kodu **********53434 olan Samsung Galaxy A8 Plus markalı telefon üçün 912 (doqquz yüz on iki) manat olmaqla ondan 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 192 (yüz doxsan iki) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat (18 ay x 23 manat+ 0 manat ilkin ödəniş) olanPanasonic markalı tozsoran üçün 209 (iki yüz doqquz) manat olmaqla ondan, 161 (yüz altmış bir) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) olanShosman markalı 13 parçalı qazan dəsti üçün 140 (yüz qırx) manat olmaqla ondan 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380 (üç yüz səksən) manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********56556 olan Samsung J2 markalı telefon üçün 205 (iki yüz beş) manat olmaqla ondan 171 (yüz yetmiş bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 (min üç yüz altmış səkkiz) manat (18 ay x 76 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********37026 olan iPad 6 markalı planşet üçün 996 (doqquz yüz doxsan altı) manat olmaqla ondan, 836 (səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə, 160 (yüz altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1062 (min altmış iki) manat (18 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı kondisioner üçün 950 (doqquz yüz əlli) manat olmaqla ondan, 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (18 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Gorenje markalı fritoz üçün 205 (iki yüz beş) manat olmaqla ondan 180 (yüz səksən) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (24 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan Gorenje markalı ətçəkən üçün 512 (beş yüz on iki) manat olmaqla ondan 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01905 olan Samsung Galaxy A8 Plus markalı telefon üçün 1146 (min yüz qırx altı) manat olmaqla ondan, 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3957 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMCdən qiyməti 579 manat olan “Jozefina” divanı 2 illik zəmanətlə hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 24 ay ərzində hər ay 24 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 318096 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 888 manat olan mətbəx stolu və stulunu 2 illik zəmanətlə hissəhissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 24 ay ərzində hər ay 46 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 22K00151112 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 1920 manat olanSamsung Galaxy A8 Plus markalı telefonu 1 illik zəmanət və telefon quraşdırma xidmətini hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay ərzində hər ayın 21-i tarixində ayda 80 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00316624 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 414 manat olanPanasonic markalı tozsoranı hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 28-i tarixində ayda 23 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00328183 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 324 manat olanShosman markalı 13 parçalı qazan dəstini hissəhissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 10-u tarixində ayda 18 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00401888 saylı müqaviləndən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 380 manat olanSamsung J2 markalı telefonu hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 20 ay ərzində hər ayın 07-si tarixində ayda 19 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00506117 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 1368 manat olaniPad 6 markalı planşeti və 1 illik zəmanət və telefon quraşdırma xidmətini, hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 18-i tarixində ayda 76 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00671968 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 1062 manat olanHOFFMANN markalı kondisioneri, hissəhissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 18-i tarixində ayda 59 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00732033 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 504 manat olanGorenje markalı ətçəkəni hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 20-i tarixində ayda 21 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00732059 saylı müqaviləndən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 216 manat olanGorenje markalı fritozu, hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 20-si tarixində ayda 12 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş X5 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00851627 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, X5 «xxxxxxxxxxx» MMC-dən qiyməti 1080 manat olanSamsung Galaxy A8 Plus markalı telefonu və telefon quraşdırma xidmətini hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 20-si tarixində ayda 60 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 507 manat ödəmiş, 72 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 90 gün gecikdirmiş,xx.xx.2017-ci il tarixli müqavilə üzrə 666 manat ödəmiş, 222 manat borcu qalmış, ödənişləri 180 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1200 manat ödəmiş, 720 manat borcu qalmış, ödənişləri 240 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 253 manat ödəmiş, 161 manat borcu qalmış, ödənişləri 210 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 216 manat ödəmiş, 108 manat borcu qalmış, ödənişləri 180 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 209 manat ödəmiş, 171 manat borcu qalmış, ödənişləri 180 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 532 manat ödəmiş, 836 manat borcu qalmış, ödənişləri 210 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 236 manat ödəmiş, 826 manat borcu qalmış, ödənişləri 210 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36 manat ödəmiş, 180 manat borcu qalmış, ödənişləri 210 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 42 manat ödəmiş, 462 manat borcu qalmış, ödənişləri 240 gün gecikdirmiş və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat ödəmiş, 1020 manat borcu qalmış, ödənişləri 210 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissəhissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyinin vaxtında və tam icra etməmişdir. Cavabdeh müqavilə üzrə iddiaçının göstərdiklərindən daha artıq ödənişlər etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 22 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 67 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 192 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 48 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 34 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 160 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 124 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 126 manat, dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir.Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 7 manat, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 8 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2017-ci il tarixli müqavilə üzrə 72 (yemitş iki) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 161 (bir yüz altmış bir) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu,xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 108 (bir yüz səkkiz) manat ödənilməmiş hissə və 8 (səkkiz) manat dəbbə pulu,xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 171 (bir yüz yetmiş bir) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu,xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 836 (səkkiz yüz otuz altı) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 826 (səkkiz yüz iyirmi altı) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu,xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 180 (bir yüz səksən) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu,xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə və 15 (on beş) manat dəbbə pulu,xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1020 (bir min iyirmi) manat ödənilməmiş hissə və 30 (otuz) manat dəbbə puluolmaqla, cəmi 4938 (dörd min doqquz yüz otuz səkkiz) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar