Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2536/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi, iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx “ Azərbaycan MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 25618 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2.049 manat əsas, 321 manat faiz və 307 manat cərimə borcu olmaqla, ümumilikdə 2677 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, banka cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33,6 faiz ödəmək şərtilə 2.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X3 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmçinin, bankla cavabdeh X4 arasında bağlanmış girov müqaviləsinə əsasən ona məxsus 19.76 qr. çəkidə 583 əyarlı 1 ədəd saat qolbağı, 6.89 qr çəkidə 583 əyarlı 2 ədəd üzük, 4.5 qr. çəkidə 583 əyarlı 1 ədəd “beşlik”dən ibarət qızıl-zinət əşyası BOKT “xxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə girov qoyulmuşdur. Cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişlər. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxxxxx” MMC-nə 2.049 manat əsas, 321 manat faiz və 307 manat cərimə borcu olmaqla, ümumilikdə 2.677 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Mustafayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi onların qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, 25618 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC-tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 33.6 % dərəsəci ilə 2.300 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 25618 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə X2 xx.xx.2019-cu il tarixli, 25618 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 25618 nömrəli girov müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC ilə Cavabdeh1 arasında kredit nüqaviləsinin təminatı kimi, Elşən Dadaşov 19.76 qr. çəkidə 583 əyarlı 1 ədəd saat qolbağı, 6.89 qr çəkidə 583 əyarlı 2 ədəd üzük, 4.5 qr. çəkidə 583 əyarlı 1 ədəd “beşlik”dən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan 279 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 25618 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X2 X8 Təşkilatı “X9 Azərbaycan” MMC-yə əsas məbləğ üzrə 2.049 manat əsas, 321 manat faiz, 307 manat cərimə olmaqla, cəmi 2677 manat borcu vardır. İş materiallarından görünür ki, BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC ilə cavabdeh X4 arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmçinin, digər cavabdehlə bağlanmış həmin tarixli zaminlik müqaviləsinə uyğun olaraq Cavabdeh2 adı çəkilən kredit müqaviləsinin təminatı olaraq zamin kimi çıxış etmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan aydın olur ki, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişlər. BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC ilə cavabdehlər X4 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə, həmçinin istinad edilmiş Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2.049 manat məbləğində əsas borc cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdehlər məlum kredit məbləğini faizlərlə (illik 33.6 faiz) ödəməyi öhdəsinə götürmüşlər. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış 321 manat məbləğində faiz borcu cavabdehlərdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasını qarşısı alınmaq məqsədilə 2.049 manat əsas borca 307 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, əsas və faiz borclarının ödənilməsini də nəzərə alaraq, cərimə borcunun məbləğinin azaldaraq 7(yeddi) manat müəyyən edir. Bundan başqa, məhkəmə iddianın girov predmetinə tutmanın yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 19.76 qr. çəkidə 583 əyarlı 1 ədəd saat qolbağı, 6.89 qr çəkidə 583 əyarlı 2 ədəd üzük, 4.5 qr. çəkidə 583 əyarlı 1 ədəd “beşlik”dən ibarət qızıl-zinət əşyasını girov qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəb-lərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göründüyü kimi, iddaçının tələbi tələbin girov predmetinə yönəldilməsi və açıq hərracdan satılması hissəsində birmənalı olaraq təmin edilməlidir. . Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 213-220, 227, 231 və 357-362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 06.08. 2019-cu il tarixli 25618 saylı kredit müqaviləsi üzrə 2.049 manat əsas, 321 manat faiz, 7 manat cərimə borcu olmaqla, cəmi 2.377 (iki min üç yüz yetmiş yeddi) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxx“ Azərbaycan MMC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus 19.76 qr. çəkidə 583 əyarlı 1 ədəd saat qolbağı, 6.89 qr çəkidə 583 əyarlı 2 ədəd üzük, 4.5 qr. çəkidə 583 əyarlı 1 ədəd “beşlik”dən ibarət qızılzinət əşyasına yönəldilsin. Həmin əşya açıq hərracda satılmaqla əldə olunan vəsait tələbin təmin edilməsinə yönəldilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-2536/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2536/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver