Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-254/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı yaşayış sahəsi və kommunal xidmətlərə görə haqqın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında , açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh dövlətə yaşayış sahəsinə və kommunal xidmətlərə görə bu günə kimi 265,82 (iki yüz altmış beş manat 82 qəpik) manat məbləğində olan debitor borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində yerləşən 38-83 nömrəli hərbi şəhərcik Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-istismar hissəsinin balansındadır. Bu səbəbdən Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən şəhərcikdə kirayəçi yaşayış sahəsində və kommunal xidmətlərdən istifadə edən vətəndaşların, tarif şurasının təsdiq etdiyi normalara əsasən dövlətə olan haqqın ödənilməsini həyata keçirir. 22.10.2021-ci il tarixdə 1 nömrəli Mənzil İstismar sahəsinin rəisi X2 Nazirliyinin Gəncə Mənzil-İstismar hissəsinin rəisinə raportla müraciət edərək, 38-83 nömrəli hərbi şəhərcik xətt 13, ev 7 ünvanında yaşayan vətəndaş Cavabdeh ailəsi ilə birlikdə yaşayış sahəsi və kommunal xidmətlərindən istifadə etdiyinə görə 2021-ci ilin sentyabr ayına qədər dövlətə 265 (iki yüz altmış beş) manat 82 (səksən iki) qəpik borcun olduğunu bildirmişdir. Bununla əlaqədar 1 nömrəli mənzil istismar sahəsinin rəhbərliyi vətəndaşa dövlətə olan borcun ödənilməsinin vacib olduğunu bildirilərək, şifahi və rəsmi xəbərdarlıqlar olunmuş, lakin vətəndaş F.C. Həsənova ayrı-ayrı bəhanələrlə bu günə qədər ödəniş etməkdən yayınmış və dövlətə olan borcu ödəməmişdir. Əlavə olaraq yaşayış sahəsinə və kommunal xidmətlərə görə dövlətə borcu olan sakinlərə, o cümlədən vətəndaş F.C Həsənovaya güzəşt edilərək, qanunla müəyyən olunmuş qaydada borcu tam şəkildə olmasa da, qismən ödənilməsi təklif olunmuş, lakin bu günə kimi vətəndaş F.C. Həsənova bütün bunlardan heç bir nəticə çıxarmamış, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsindən yayınmışdır. Belə olduğu halda Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi aidiyyatlı müəssisə olaraq qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ünvan 2 ünvanında yaşayan vətəndaş Cavabdeh ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən icraçı mənzil istismar sahəsinin təminatında olan hərbi şəhərciklərdə yaşayış binalarının, kommunal qurğuların istismarını və həyətlərin abadlaşdırılmasını təşkil etməyi öhdəsinə götürmüşdür. Hərbi şəhərcikdə cari təmir və abadlaşdırma işləri sifarişçinin ödədiyi mənzilistismar xərcləri (kirayə haqqı) haqqında toplanmış vəsait hesabına aparılır. 2021-ci ilin aprel ayından kirayəçilərdən ödəmələrin daxil olması jurnalından çıxarışdan görünür ki, Cavabdeh 265,82 manat borcu vardır. 13.04.2021, 16.06.2021 və 06.08.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.3-cü maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Göründüyü kimi tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanaraq, tərəflər üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh kommunal xidmətlərinə görə 265,82 (iki yüz altmış beş manat 82 qəpik) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinin hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Cavabdeh 265,82 (iki yüz altmış beş manat 82 qəpik) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin hesabına ödənilsin. Cavabdeh iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-254/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-254/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver