Məhkəmə qərarları › İş №2(043)-2540/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2540/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2540/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi,Cavabdeh iştirakı ilə, İddiaçı X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT “xxxxxxxxxx” QSC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə bağlanmış xx xxx 2019-cu il tarixli, 060-EMB-0443-19 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1828,08 manat, faiz üzrə 168,18 manat, cərimə məbləği üzrə 213,75 manat, məhkəmə xərci qismində 30,4 manat olmaqla, cəmi 2240,41 manat borcun Cavabdeh X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixində X1 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 060-EMB-0443-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı əlavə (ödəniş cədvəli) bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən tərəfindən Cavabdeh illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1977 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2019-cu il tarixə əsas borcu yuxarıda qeyd edilən məbləğdə borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, həqiqətən də iddiaçıdan mebel almaq üçün borc pul götürmüş, lakin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar borcunu geri qaytarmaqda çətinlikləri yaranmışdır. Bununla belə hesablanmış əsas borc və faiz məbləğini qəbul edir. Lakin, hesablanmış cərimə məbləğinin yüksək olmaqla, maddi vəziyyətinin nəzərə alınaraq, azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli, 060-EMB-0443-19 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1977 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borc üzrə 1828,08 manat, faiz üzrə 168,18 manat, cərimə məbləği üzrə 213,75 manat olmaqla, cəmi 2210,01 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Lakin, məhkəmə tərəflərin mənafelərini, o cümlədən iddiaçının əmlak mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 218,10 manat cərimə pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçının tələb etdiyi 40 qəpik bank xidməti haqqı məhkəmə xərclərinə aid olmadığından cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli, 060-EMB-0443-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 1828,08 manat, faiz üzrə 168,18 manat, 10 manat dəbbə pulu olmaqla cəmi 2006,26 (iki min altı tam, yüzdə iyirmi altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar