Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2543/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «İddiaçı” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1404,29 məbləğində əsas kredit borcu, 284,25 manat məbləğində faiz borcu və 697,4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2385,94 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 006L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 «İddiaçı” QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,3333% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2320 (iki min üç yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 915,71 manat ödəniş etmiş və onun iddiaçıya 1404,29 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh kredit borcunu və faiz borunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 436 gün üçün kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 284,25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 436 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 697,4 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar, həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Beləliklə iddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 006L**********12 saylı uzunmüddətli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bank cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dollar məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş «İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,3333% olmaqla 24 ay müddətinə 2320 (iki min üç yüz iyirmi) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 006R**********S saylı sazişdən görünür ki, tərəflər razılaşmaya və ödəniş planına dəyişiklik etmişdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 006S**********01 saylı və 006S**********02 saylı zaminlik müqavilələrinin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «İddiaçı” QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin kimi uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmişxx.xx.2017-ci il tarixli kreditin köçürülməsi-verilməsinə dair qəbzdən görünür ki, Cavabdeh1 «İddiaçı” QSC-dən2320 (iki min üç yüz iyirmi) manat pul götürmüşdür. İş materiallarına əlavə edilmiş cavbdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 «İddiaçı” QSC-yə 1404,29 məbləğində əsas kredit borcu, 284,25 manat məbləğində faiz borcu və 697,4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2385,94 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. şin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit xətti müqaviləsi və kredit razılaşması bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 697,4 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, məhkəmə iddia tələbinin kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına münasibətdə qeyd edir ki, iddia tələbi digər cavabdehlər zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 470-cı maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda, onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər biri öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İşin hallarından da göründüyü kimi, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 100.000 ABŞ dolları, müddəti 120 ay təşkil etmişdir, həmçinin bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 ay, yəni xx xxxx 2025-ci il tarixdən gec olmayaraq verilməsini ehtiva etmişdir. Bundan başqa, kredit xətti müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razlaşmaları ilə şərtləndirilmiş, lakin zaminliyin gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi üzrə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edilə bilməz. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında zaminliyə xitam verilməsi halları ilə bağlı qeyd olunmuşdur ki, “...zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir.... Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir” Göründüyü kimi, Konstitutsiya Məhkəməsi Plenumunun formalaşdırğı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Digər tərəfdən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit razılaşmasının 1.1-ci bəndində kreditin ödənilməsinin son müddəti xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Əgər zaminlik müqavilələrinin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmalarına şamil edilməsini qəbul etsək o zaman qanunun tələbinə görə bu zaminliyə xitam verilməli idi. Belə ki, zaminlik müqavilələrində zaminliyin verilmə müddəti konkret göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd olunan müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən zaminlərə qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən (xx.xx.2019), bir il ərzində (xx.xx.2020-ci ilədək) iddia irəli sürülmədiyindən bu zaminlik kredit razılaşmasını əhatə etmiş olsa belə zaminliyə xitam verilməli olacaqdı. Hazırki işdə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqavilələri bağlansa da, müqavilədə gələcək öhdəliyin (öhdliklərin) konkret məbləği və digər mühüm şərtləri barəsində şərtlər əks olunmamışdır. Halbuki, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Beləliklə qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə zaminlik qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərin riayət edilməməklə bağlandığı üçün, iddiaçının həmin kredit müqaviləsi üçün zaminə tələb hüququ yaranmamış və buna görə də iddiaçının Cavabdeh3 və Cavabdeh2 (zaminlər) qarşı tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1404,29 məbləğində əsas kredit borcu, 284,25 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borc tutularaq ümumilikdə 1738,54 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 manat Cavabdeh1iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1404,29 məbləğində əsas kredit borcu, 284,25 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borc olmaqla ümumilikdə 1738,54 (bir min yeddi yüz otuz səkkiz manat əlli dörd qəpik) manat pul vəsaiti və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, «İddiaçı” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2543/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2543/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver