Məhkəmə qərarları › İş №2(043)-2544/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2544/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2544/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********03851 Samsung J2, **********03349 Samsung J2 markalı telefon üçün 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu; Samsung markalı kondisioner üçün 2184 (iki min səksən dörd) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulu ümumilikdə 2801 (iki min səkkiz yüz bir) manat borc və 30 manat dövlət rüsumu, cəmi 2831 (iki min səkkiz yüz otuz bir) manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018ci il və xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********03851 Samsung J2 markalı telefon, **********03349 Samsung J2 markalı telefon, Samsung markalı kondisioner almış və nəticədə 2801 (iki min səkkiz yüz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx)manat (12 ay x 70 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********03851 Samsung J2, **********03349 Samsung J2 markalı telefon üçün 371 (üç yüz yetmiş bir) manat olmaqla ondan, 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 84 (səksən dörd manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2196 (iki min bir yüz doxsan altı) manat (24 ay x 91 manat + 12 manat ilkin ödəniş) olan Samsung markalı kondisioner üçün 2430 (iki min dörd yüz otuz) manat olmaqla ondan, 2184 (iki min bir yüz səksən dörd) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulu miqdarında borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 565 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx)manat (12 ay x 70 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********03851 Samsung J2, **********03349 Samsung J2 markalı telefon; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2196 (iki min bir yüz doxsan altı) manat (24 ay x 91 manat+ 12 manat ilkin ödəniş) olan Samsung markalı kondisioner almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03851 Samsung J2, **********03349 Samsung J2 markalı telefon üçün 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu olmaqla cəmi 371 (üç yüz yetmiş bir) manat; xx.xx.2019-cuil tarixli müqaviləyə əsasən, Samsung markalı kondisionerüçün 2184 (iki min bir yüz səksən dörd) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulu olmaqla cəmi 2430 (iki min dörd yüz otuz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03851 Samsung J2, **********03349 Samsung J2 markalı telefonalmış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-ə 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı kondisioner almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-ə 2184 (iki min bir yüz səksən dörd) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 330 (üç yüz otuz) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2471 (iki min dörd yüz yetmiş bir) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 2521 (iki min beş yüz iyirmi bir) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2471 (iki min dörd yüz yetmiş bir) manat ödənilməmiş əsas borc, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 2521 (iki min beş yüz iyirmi bir) manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar