Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2547/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Foriella-Dnepr yataq dəsti, URETAN döşək üçün 840 (səkkiz yüz qırx) manat ödənilməmiş hissə, 202 (iki yüz iki) manat dəbbə pulu, cəmi 1042 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Gala-Kika iki mərtsbəli üçün 945 (doqquz yüz qırx beş) manat ödənilməmiş hissə, 227 (iki yüz iyirmi yeddi) manat dəbbə pulu, cəmi 1172 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80588 Xiaomi Redmi 5 A markalı telefon, trust urban fyber headphone qulaqcıq üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 208 manat olmaqla, ümumilikdə 2422 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2452 manat pulun Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərindəki müqavilələrə əsasən, Foriella- Dnepr yataq dəsti, URETAN döşək, Gala-Kika iki mərtəbəli, İMEİ kodu **********80588 Xiaomi Redmi 5 A markalı telefon, trust urban fyber headphone qulaqcıq almış və nəticədə 2422 (iki min dörd yüz iyirmi iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1344 (min üç yüz qırx üç) manat (24 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan Foriella-Dnepr yataq dəsti, DOSHEK URETAN üçün 1042 (min qırx iki) manat olmaqla ondan, 840 (səkkiz yüz qırx) manat ödənilməmiş hissə, 202 (iki yüz iki) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1512 (min beş yüz on iki) manat (24 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan Gala-Kika iki mərtəbəli üçün 1172 (min yüz yetmiş iki) manat olmaqla ondan 945 (doqquz yüz qırx beş) manat ödənilməmiş hissə, 227 (iki yüz iyirmi yeddi) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 399 (üç yüz doxsan doqquz) manat (12 ay x 33 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********80588 Xiaomi Redmi 5 A markalı telefon, trust urban fyber headphone qulaqcıq üçün 208 (iki yüz səkkiz) manat olmaqla ondan 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1312 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00223478 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 3144 manat olanForiella-Dnepr yataq dəsti, DOSHEK URETAN adlı malları hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay ərzində hər ayın 30 və ya 31-i tarixində ayda 131 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00232565 saylı müqaviləndən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 1602 manat olanGala-Kika iki mərtəbəli mebeli hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay ərzində hər ayın 30 və 31-i tarixində ayda 63 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00234666 saylı müqaviləndən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 399 manat olanXiaomi Redmi 5 A markalı telefon, trust urban fyber headphone qulaqcığı və 1 illik zəmanət və telefon quraşdırma xidməti daxil olmaqla hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın sonuncu günü ayda 33 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 504 manat ödəmiş, 840 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 360 gün gecikdirmiş,xx.xx.2018-ci il tarixli müqavilə üzrə 567 manat ödəmiş, 945 manat borcu qalmış, ödənişləri 360 gün gecikdirmişvə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 241 manat ödəniş etməmiş, 158 manat borcu qalmış, ödənişləri 150 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı çalların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyinin vaxtında və tam icra etməmişdir. Cavabdeh müqavilə üzrə iddiaçının göstərdiklərindən daha artıq ödənişlər etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 202 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 227 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 50 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir.Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 22 manat və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 10 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 840 (səkkiz yüz qırx) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 945 (doqquz yüz qırx beş) manat ödənilməmiş hissə və 22 (iyirmi iki) manat dəbbə pulu vəxx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 158 (bir yüz əlli səkkiz) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu olmaqla, cəmi 1995 (bir min doqquz yüz doxsan beş) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2547/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2547/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver