Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2555/2019 13.09.2019 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş 100 manat maddi və 300 manat mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, onun anası təqaudçü, əlil və əmək veteranı X2 ilə Xoşbulaq kəndindən 50 kilo qoyunun bütöv bel yununu xeyir iş üçün almışlar. Həmin yun yuyulması üçün Gəncə şəhərinə gətirilmişdir. Onlar “İmperiya-1” xalça yuma məntəqəsinə zəng vurmuşlar və xx xxxxxx 2018-ci il tarixdə məntəqənin işçisi X7 gəlib yunu aparmışdır. Yunun 10 gün ərzində yuyulub, ətirlənib gətiriləcəyi barədə qaimə faktura yazılmışdır. Bir müddət keçdikdən sonra o, “İmperiya-1” xalça yuma məntəqəsi ilə əlaqə saxlamış, lakin ona məntəqə tərəfindən onunla əlaqə saxlanılacağı bildirilmişdir. Həmin vaxtdan dekabr ayınadək onu o qaydada yola vermişlər. Cavabdeh onun yununu mənimsəməklə bəhanələr gətirmişdir. Qoca anası ilə o, həvəslə aldıqları yunun yoxa çıxmasına çox heyifsilənmişlər. Nəticədə qoca anasının təzyiqi artmış, asmatik olduğu üçün boğulmuş və ürək çatışmamazlığı ilə bağlı onun və anasının səhhətində problemlər yaranmışdır. O, dəfələrlə cavabdehdən verdikləri yunu və ya dəyəri olan 100 manatın ödənilməsini tələb etsə də cavabdeh ondan aldığı yunu vəya dəyəri olan 100 manatı ödəməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, N.Yusifbəyli küçəsi, ev 2, mənzil 2-də qeydiyyatdadır; Gəncə şəhəri Nizami rayon Polis X1 izahatında göstərmişdir ki, İddiaçı avqust ayında xalça yumaya 50 kq yun vermiş və yunun onlara bərbad vəziyyətdə olduğunu bildirməmişdir. Onlar həmin yunu gətirib yuyulma zamanı baxmışlar ki, yun çox bərbad haldadı, amma buna baxmayaraq yun yuyulmuşdur və müştəriyə yunun pis vəziyyətdə olduğu, lakin buna baxmayaraq yuyulduğu xəbər olunmuşdur. Xanım onlara bildirmişdir ki, onun 50 kq yunu ona təmiz vəziyyətdə təhvil verilmədiyi təqdirdə başlarına oyun açacağı barədə xəbərdar etmişdir. Bu yaxınlarda İddiaçı sexə gəlib yununu tələb etmiş, yuyulmuş yunu ona təqdim etdikdə, o həmin yunun ona məxsus olmadığını və bu barədə şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və anası X2 aldıqları 50 kq yunu yuyulması məqsədi ilə “İmperiya-1” xalça yuma məntəqəsinin işçisi X4 vermişlər lakin cavabdeh iddiaçılardan aldığı yunu qaytarmamışdır. İddiaçı iddia edir ki, cavabdehə verdikləri yunun dəyəri 100 manat olmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan aldığı yunun dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh X3 alınaraq İddiaçı verilməlidir. İddia tələbinin 300 manat mənəvi ziyanın tutulmasına gəldikdə isə məhkəmə mənəvi ziyanın nədə ifadə olunması barədə iddiaçı hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İş üzrə ödənilməmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh X3 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilməmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2555/2019
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2555/2019
13.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver