Məhkəmə qərarları › İş №2(043)-2568/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2568/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2568/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı X10 Təşkilatı İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər X6 və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas məbləğ üzrə 563,18 manat, cərimə üzrə 56,32 manat olmaqla, ümumilikdə 619,50 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X10 Təşkilatı “X8” MMC-nin Gəncə filialı ilə cavabdeh X6 arasında bağlanmış «11» oktyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 10 (on) ay müddətinə «11» avqust 2017-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 821,18 manatı məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödəniliməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh X6 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh X6 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. X6 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx xxxxxxx 2016cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu X6 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh X3 «04» may 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 563,18 (beş yüz altmış üç manat 18 qəpik) manat, faiz üzrə 0,00 (sıfır) manat, cərimə üzrə 56,32 (əlli altı manat 32 qəpik) manat olmaqla ümumilikdə 619,50 (altı yüz on doqquz manat 50 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, BOKT X8 MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT xxxxxxxx MMC-yə satılmışdır (güzəşt edilmişdir). Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinin surətindən görünür ki, X10 Təşkilatı “X8” MMC-nin Gəncə filialı ilə X6 arasında 10 ay müddətinə illik 0% olmaqla, 821,18 manat məbləğində borc verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin ilə X3 xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT “X8” MMC-nin X5 qarşı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X10 Təşkilatı “xxxxxxxx” MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 563,18 (beş yüz altmış üç manat 18 qəpik) manat, cərimə üzrə 56,32 (əlli altı manat 32 qəpik) manat miqdarında borcu qalmışdır. Faiz borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, BOKT “X8” MMC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. BOKT “X8” MMC özünün X5 qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn hüquqlarını və tələblərini xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı BOKT “xxxxxxxx” MMC-yə vermişdir (güzəşt etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə tələb qanuni əsaslarla iddiaçıya güzəşt edildiyindən iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ vardır. Cavabdehin kredit müqaviləsi üzrə hazırda iddiaçıya 619,50 manatı məbləğində borcu qalmışdır. Buna görə də həmin borcun cavabdeh X2 tutulması hissəsində iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, X6 ilə kredit müqaviləsi xx xxxxxxx 2016-cı il tarixində 10 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarix xx xxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Zamin ilə xx xxxxxxx 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxxxx 2016-cı il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən Zamin qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdeh Zamin qarşı iddia təmin edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia cavabdeh X6 619,50 manatı əsas borc tutularaq, BOKT “xxxxxxxx” MMC-yə ödənilməlidir. Zamin qarşı tələb isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. X1 münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X2 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 563,18 (beş yüz altmış üç manat 18 qəpik) manat, cərimə üzrə 56,32 (əlli altı manat 32 qəpik) manat olmaqla ümumilikdə 619,50 (altı yüz on doqquz manat 50 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin tutularaq iddiaçı X10 Təşkilatı İddiaçınə ödənilsin. Cavabdeh X2 ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X10 Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar