Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-257/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 459,57 (dörd yüz əlli doqquz manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 61,67 (altmış bir manat altmış yeddi qəpik) manat, cəmi 521,24 (beş yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını, tələblərin xx.xx.2019-cu il tarixli GNLMB- 8485 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASCnin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi Sırqa-üzük-dəst - 1 ədəd, çəkisi- 19 qr, əyarı- 750 cəmi 19 qr. Həmin qızılzinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2019-cu il tarixli GNLMB- 8485 saylı kredit müqaviləsi üzrə cəmi 521,24 (beş yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 866 manat məbləğində cavabdehə kredit verilmişdir, (kredit müqaviləsinin 1.1-ci bəndi). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızıl-zinət əşyaları girov qoyulmuşdur: Sırqa-üzük-dəst - 1 ədəd, çəkisi- 19 qr, əyarı- 750 olmaqla cəmi 19 qr. xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı kredit müqaviləsinin şərtlərinə görə borc a. an Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), raizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq ayda 84 (səksən dörd manat) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx xxxxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8485 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 459,57 (dörd yüz əlli doqquz manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 61,67 (altmış bir manat altmış yeddi qəpik) manat olmaqla, borcun cəmi məbləği 521,24 (beş yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB- 8485 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borca görə 459,57 (dörd yüz əlli doqquz manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 61.67 (altmış bir manat altmış yeddi qəpik) manat olmaqla, borcun cəmi məbləği 521,24 (beş yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat pul tutulmalıdır və tələblər girov predmetinə yönəldilməlidir. İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli “iddia tələbinin həcminin azaldılmasına” dair ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, GNLMB-8485 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 359,57 manat, faiz borcuna görə 86,95 manat, dəbbə borcuna görə 0 manat, cəmi 446,52 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Sırqa-üzükdəst - 1 ədəd, çəkisi- 19 qr., əyarı- 750; Cəmi: 19 qr. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, GNLMB-8485 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 446,52 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, GNLMB- 8485 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştiraklarının olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli GNLBMB-8485 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 29 faiz ödəmək şərtilə 866 manat məbləğində kredit verilmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə Bank tərəfindən Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulan hallarda birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Bu halda Bank 10 təqvim günü qabaqcadan müqavilənin birtərəfli qaydada ləğv olunması üçün əsaslandırılmış xəbərdarlığı borcalana göndərir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli GNLBMB-8485 saylı girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx xxxxxxx 2019-cu il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan sırqa-üzükdəst- 1 ədəd, çəkisi- 19 qr, əyarı- 750 olmaqla bazar qiyməti 1444 manat olan qızıl-zinət əşyasını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xəzinadarlığından 866 manat pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli GNLBMB-8485 nömrəli kredit müqaviləsi üzrə 359,57 manat əsas borc və 86.95 manat faiz borcu olmaqla, cəmi 446,52 manat məbləğində kredit borcu təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, GNLBMB-8485 saylı müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi halda İddiaçı ASC-nin “Gəncə” filialının saxlanc yerinə girov qoyduğu qızıl-zinət əşyalarını satmağa razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 359,57 manat əsas borc, 86,95 manat faiz borcu olmaqla, cəmi 446,52 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus çəkisi 19 qram, 750 əyarlı olan sırqa-üzük dəstindən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağalanmış xx xxxxxxx 2019-cu il tarixli GNLMB-8485 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 359,57 manat əsas borc, 86,95 manat faiz borcu olmaqla, cəmi 446,52 (dörd yüz qırx altı manat əlli iki qəpik) manat pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus çəkisi 19 qram, 750 əyarlı sırğa-üzük dəstindən ibarət qızıl-zinət əşyasına yönəldilsin. Həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda, qalıq borc ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-257/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-257/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver