Məhkəmə qərarları › İş №2(043)-2570/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2570/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2570/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı soyuducu üçün 111 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN LED” üçün 556 manat ödənilməmiş hissə, 171 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Mufano markalı paltarqurudan üçün 13 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********08195 olan “Samsung Galaxy J7 Neo” markalı telefon üçün 408 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, “Anhel” künc divan üçün 1880 manat ödənilməmiş hissə, 547 manat dəbbə pulu olmaqla, cəmi 3843 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3873 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, “HOFFMANN” markalı soyuducu, “HOFFMANN LED”, “Mufano” markalı paltarqurudan, İMEİ kodu **********08195 olan “Samsung Galaxy J7 Neo” markalı telefon, “Anhel” künc divan almış və nəticədə 3843 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 658 manat (18 ay x 35 manat + 28 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə 142 manat olmaqla ondan 111 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 936 manat (18 ay x 52 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN LED” üçün ümumilikdə 727 manat olmaqla ondan 556 manat ödənilməmiş hissə, 171 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 72 manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan “Mufano” markalı paltarqurudan üçün ümumilikdə 17 manat olmaqla ondan 13 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 658 manat (18 ay x 34 manat + 46 manat ilkin ödəniş), İMEİ kodu **********08195 olan “Samsung Galaxy J7 Neo” markalı telefon üçün ümumilikdə 530 manat olmaqla ondan 408 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1992 manat (24 ay x 83 manat + 0 manat ilkin ödəniş) olan “Anhel” Künc divan üçün ümumilikdə 2427 manat olmaqla ondan 1880 manat ödənilməmiş hissə, 547 manat dəbbə pulu borcu qalmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1348 manat təşkil edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli K0188129 müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 658 manat olan “HOFFMANN” markalı soyuducunu 2 illik zəmanətlə hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək 18 ay ərzində hər ayın 7-si tarixində ayda 35 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 19039 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC-dən qiyməti 800 manat olan “HOFFMANN LED” televizoru qiyməti 64 manat olan 2 illik zəmanətlə, qiyməti 60 manat olan “Mufano” markalı paltarqurudanı hissə-hissə ödəmək şərti ilə nisyə qaydada almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 58 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək sonrakı 6 ay ərzində hər ay 52 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00116389 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 658 manat olan“Samsung Galaxy J7 Neo” markalı telefonu və telefon quraşdırma xidmətini hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 18 ay ərzində hər ayın 25-i tarixində ayda 34 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00180917 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 1992 manat olan“Anhel” Künc divanı 2 illik qızıl zəmanətlə hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək 24 ay ərzində hər ayın 26-ı tarixində ayda 83 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 547 manat ödəmiş, 111 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 90 gün gecikdirmiş,xx.xx.2018-ci il tarixli müqavilə üzrə 380 manat ödəmiş, 556 manat borcu qalmış, ödənişləri 330 gün gecikdirmiş,xx.xx.2018-ci il tarixli müqavilə üzrə 59 manat ödəmiş, 13 manat borcu qalmış, ödənişləri 60 gün gecikdirmiş,xx.xx.2018-ci il tarixli müqavilə üzrə 250 manat ödəmiş, 408 manat borcu qalmış, ödənişləri 360 gün gecikdirmiş,və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 112 manat ödəmiş, 1880 manat borcu qalmış, ödənişləri 660 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyinin vaxtında və tam icra etməmişdir. Cavabdeh müqavilə üzrə iddiaçının göstərdiklərindən daha artıq ödənişlər etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə satılan əşyalar və xidmətin qiyməti konkret olaraq göstərilmişdir. Müqavilədə “HOFFMANN LED” televizorun qiyməti 800 manat, 2 illik zəmanətin qiyməti 64 manat, qiyməti “Mufano” markalı paltarqurudanın qiyməti isə 60 manat qeyd edilmiş və tərəflər bu məbləğləri razılaşdırmışdır. İddiaçı ödəniş cədvəlinə əsasən hesablama apararaq həmin müqavilə üzrə cavabdehin “HOFFMANN LED” televizor və 2 illik zəmanət üçün 556 manat, “Mufano” markalı paltarqurudan üçün isə 13 manat borcunun qaldığını göstərmişdir. Lakin, satılan mal və xidmətin qiyməti müqavilə ilə birbaşa təsbit edildiyindən məhkəmə ödəniş cədvəlinə əsasən hesablama aparılmasını düzgün hesab etmir və məhkəmənin qənaətinə görə malların qiyməti müqavilədə göstərilən qiymətlər çərçivəsində hesablanmalıdır. Beləliklə, iddiaçının təqdim etdiyi maliyyə arayşından göründüyü kimi cavabdeh ümumi qiyməti 864 manat olan “HOFFMANN LED” televizor və 2 illik zəmanət üçün 380 manat, qiyməti 60 manat olan “Mufano” markalı paltarqurudan üçün isə 59 manat ödədiyindən həmin məbləğlər müqavilədə göstərilmiş qiymətlərdən çıxılmaqla xx.xx.2018ci il tarixli müqavilə üzrə “HOFFMANN LED” televizor, 2 illik zəmanət və “Mufano” markalı paltarqurudan üçün 485 (800+64+60-380-59) manat ödənilməmiş hissə tutulmalıdır. İddiaçı qeyd olunan müqavilədə satılmış əşyalara görə tələb edilən məbləğləri iddia ərizəsində ayrı-ayrı göstərsə də məhkəmə həmin əşyaların eyni müqavilə üzrə satılmasını nəzərə alaraq həmin müqavilə üzrə tutulacaq məbləğlərin birlikdə hesablanmasını məqsədəuyğun hesab edir. Qalan müqavilələr üzrə ödənilməmiş hissə tələbləri müqavilələrə uyğun olduğundan həmin müqavilələr üzrə iddiaçının tələb etdiyi məbləğlərdə ödənilməmiş hissə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 31 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 171 manat və 4 manat xx.xx.2018-ci il tarixli müqavilə üzrə 122 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 547 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir.Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 11 manat,xx.xx.2018-ci il tarixli müqavilə üzrə ümumilikdə 40 manat,xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 80 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 111 (bir yüz on bir) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 485 (dörd yüz səksən beş) manat ödənilməmiş hissə və 40 (qırx) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə və 30 (otuz) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 1880 (min səkkiz yüz səksən) manat ödənilməmiş hissə və 80 (səksən) manat dəbbə pulu olmaqla, cəmi 3045 (üç min qırx beş) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar