Məhkəmə qərarları › İş №2(043)-2579/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2579/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2579/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “xxxxxxxxxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, onun xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 2099,60 manat kredit borcu, 372,13 manat faiz borcu, 924,94 manat cərimə borcu olmaqla, ümumilikdə 3396,67 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh1 onunla bağladığı xx.xx.2018-ci il tarixli 006L**********47 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 (bir yuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 onunla xx.xx.2018-ci il tarixdə bağladığı 0006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi xx.xx.2018-ci tarixindən xx.xx.2019-cu il tarixinə qədər 2,1667%, xx.xx.2019-cu tarixindən xx.xx.2020-ci tarixinə qədər 2,00 % olmaqla, 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür.Cavabdeh həmin razılaşmanın 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kreditdən 400,40 manat qaytarmış və onun 2099,60 manat məbləğində kredit borcu qalmışdır.Kredit razılaşmasının2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu ona ödəməmiş və xx.xx.2020-ci il tarixə 445 gün üçün hesablanmış faiz borcu 327,13 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə görə borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir.xx.xx.2020-ci il tarixə 445 gün üçün hesablanmış cərimə 924,94 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən onun qarşısında üzərlərinə məsuliyyət götürmüşdür.Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün onun qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: xx.xx.2018-ci il tarixli, 006L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» QSC tərəfindən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixli, 006R********** nömrəli kredit razılaşmasından görünür ki, “xxxxxxxxxxx” QSC Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi xx.xx.2018-ci tarixindən xx.xx.2019-cu il tarixinə qədər 2,1667%, xx.xx.2019-cu tarixindən xx.xx.2020-ci tarixinə qədər 2,00 % olmaqla olmaqla 2500 (iki min beş yüz) manat kredit vermişdir. xx.xx.2018-ci il tarixli 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərininə zamin olmuşdur. xx.xx.2018-ci il tarixli 006S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərininə zamin olmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə «xxxxxxxxxxx» QSC-yə xx.xx.2020-ci il tarixə olan borcu 2099,60 manat əsas, 372,13 manat faiz, 924,94 manat cərimə olmaqla, cəmi 3396,67 manat təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə uzunmüddətli kredit müqaviləsi və həmin müqaviləyə uyğun olaraq xx.xx.2018-ci il tarixdə kredit razılaşması bağlanmış, bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, yuxarıda qeyd edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 2099,60 manat əsas, 372,13 manat faiz, 924,94 manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2099,60 manat məbləğində əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlə (aylıq xx.xx.2018-ci tarixindən xx.xx.2019-cu il tarixinə qədər 2,1667%, xx.xx.2019-cu tarixindən xx.xx.2020-ci tarixinə qədər 2,00 %) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam həcmdə tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Odur ki, 372,13 manat məbləğində faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarını qorumaq və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmaq məqsədilə 2099,60 manat əsas borca hesablanmış 924,94 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, əsas və faiz borclarının ödənilməsini də nəzərə alaraq, cərimə borcunun məbləğini azaldaraq 24,94 manat müəyyən edir. “xxxxxxxxxxx” QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə, həmçinin istinad edilmiş Mülki Məcəllənin 470 və 472-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, zaminlər borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” QSC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 006R********** saylı kredit razılaşması üzrə, 2099,60 manat kredit borcu, 372,13 manat faiz borcu, 24,94 manat cərimə borcu olmaqla, ümumilikdə 2496,67 manat (iki min dörd yüz doxsan altı manat, altmış yeddi qəpik) məbləğində borc və və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «xxxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar