Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2591/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyi mənzil fonduna qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi mənzil fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pasport qeydiyyatında olduqları ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələrinə və həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçılara rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.4 maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi iddiaçılar məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçılara izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2591/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2591/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver