Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-260/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X21 iclas katibliyi, İddiaçı Rafiq qızı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Qabil oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Rafiq qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Rafiq qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 35000 manat pulun, habelə ödənilmiş 220 manat dövlət rüsumunun, ümumilikdə 35220 (otuz beş min iki yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2015-ci ildə cavabdehlər onunla və həyat yoldaşı X30 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq onlara bildirmişlər ki, ünvan 1 ünvanda mağaza tikdirib gəlir əldə etmək istəyirlər. Lakin, hazırda buna maddi cəhətdən imkanları yoxdur. Ona görə də, demişlər ki, “siz bizə borc pul göndərin biz həmin mağazanı tikdirək, sonra icarəyə verib hər ay pulunuzu göndərərik. Əgər sonda mağaza xoşunuza gəlməzsə mağazanı satıb borc aldığımız pulları qaytaracağıq”. Onlar da, cavabdehlərlə şifahi razılaşmalarına əsasən 2015-ci ildən 2020-ci ilə kimi bank vasitəsi ilə cavabdehlərə 35000 manat məbləğində pul göndərmişlər. Lakin, sonda həmin mağaza tikilib qurtarmasına və hazırda cavabdehlər həmin mağazadan gəlir əldə etməsinə baxmayaraq indiyənə kimi cavabdehlər onlara olan borclarını qaytarmamışlar. Ona görə də, o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məlumat üçün bildirir ki, hazırki iş üzrə cavabdehlər həyat yoldaşı X14 qardaşı və bacısıdır və onlar xeyli müddətdir ki, Rusiya Federasiyasının Maqadan Vilayətinin Maqadan şəhərində yaşayırlar. Həyat yoldaşı X30 08.04.2020-ci ildə vəfat edib və 25.02.2021-ci il tarixdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında İddiaçı Rafiq qızı iddia ərizəsində göstərilən xüsusatlara uyğun ifadə verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 keçmiş baldızı, Cavabdeh2 isə keçmiş qaynıdır. O, X30 ilə rəsmi ər-arvad münasibətində olmuş, sonuncu 08 aprel 2020ci il tarixdə vəfat etmişdir. Cavabdehlər mərhum əri Ceyhun Hüseynovdan müxtəlif vaxtlarda borc pul istəmişlər. Əri Ceyhun da onunla birgə nikahda olduğu dövrdə, birgə qazanclarından, yəni 2016-cı ilin yay aylarından 2020-ci ilin fevral ayının sonlarına kimi cavabdehlərə pul göndərmişdir. Həmin pul köçürmələri onların birgə nikah dövründə göndərilmişdir. Belə ki, cavabdehlər hər dəfəsində onlardan pul istəmiş və onlarda pul köçürmələri etmişlər. Bunların qarşılığında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus mağazanın tikilişini və təmiri üçün ora pul xərcləyəcəklərini, sonradan götürmüş olduqları pulları geri qaytaracaqlarını bildirmişlər. Lakin, onlar üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Həmçinin, Cavabdeh2 dedikləri ilə razılaşmır. Belə ki, ailə sərdabəsini onun özü şəxsən 22.000 manata düzəltdirmiş və vəfat etmiş həyat yoldaşının dəfn və digər xərclərinin hər biri onun tərəfindən çəkilmişdir. Bundan başqa, onun vəfat etmiş həyat yoldaşı X30 birinci nikahdan olan övladı X8 toy və nişan xərcləri üçün onun anasına dəfələrlə ayrı-ayrı vaxtlarda Rusiya Federasiyasından pul köçürmələri etmişdir. Buna dair məhkəməyə köçürmə qəbzləri təqdim etmişdir. Həmin pul köçürmələrinin onlar tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmiş pullarla heç bir bağlılığı yoxdur. Köçürülmüş pullar cavabdehlər tərəfindən müxtəlif tarixlərdə "xxxx" ASC-nin Gəncə filialından və digər banklardan götürülmüşdür. Pul köçürmələrinə dair məhkəmə tərəfindən də sorğu verilmiş və həmin pul məbləğlərinin cavabdehlər tərəfindən götürülməsi öz təsdiqini tapmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pulların köçürülməsinə əsas səbəb, cavabdehlərin özlərinə məxsus mağazanın tikilisi və oranın təmiri üçün ora pul xərcləyəcəkləri, həmin obyekti mağaza qismində işlətməkləri üçün pula ehtiyacları olması, pulları da ondan və vəfat etmiş həyat yoldaşından istəmələri olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı Rafiq qızının nümayəndəsi (vəkili) Vəkil Qabil oğlu iddiaçı ilə oxşar ifadə verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, o rəhmətlik qardaşı X30 dünyasını dəyişməmişdən qabaq ona vəsiyyət etmişdir ki, ailə sərdabəsi düzəltdirsin və o rəhmətə gedəndən sonra 22 min manata yaxın qara mərmərdən 6 metr 4 metrəyə sərdabə düzəltdirmişdir. Mərhum qardaşı X22 ona bank vasitəsilə yolladığı pulu evlərin təmirinə övladının nişan və toyuna, atasının xəstəlik xərclərinə xərcləmişdir. Mərhum qardaşı Ceyhun ona bank vasitəsilə pul yollayanda atası X23 vermişdir. Atası da pulu saxlamış və qardaşı Gəncəyə gələndə həmin pulu götürüb Gəncə univermağından qızıl əşyaları alırmış, həmin qızılları da atasıgil saxlamışdır. Qardaşı Ceyhun rəhmətə getməmişdən 3 gün qabaq ona məxsus qızılları və anasından qalan qızılları onun borcu olduğu üçün aparıb ona vermişlər. Sonra məlum olmuşdur ki, onun borcu olmamış, arvadı Şəfanın hiyləsi olmuşdur. O, Ceyhun Hüseynovun Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 146/35-də yerləşən evinə istilik sistemi çəkdirmişdir. Su sistemini, su qızdırıcısını yeniləmişdir. 5-ci mərtəbədə olduğu üçün binanin damını da qırlatmışdır. Bir sözlə, evini və ailəsini günlərlə tək qoyub orada təmir işləri gördürmüşdür. İllər ərzində kommunal xərcləri qardaşı yolladığı pulla ödəmişdir. Hal-hazırda həmin evi mərhum qardaşının övladı Raizə, bacıları və o, ata mülkündən düşən paydan imtina edib ona bağışlamışlar. Qardaşı Ceyhunun adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi 8-ci mikrorayonda yerləşən evin bütün kommunal xərclərini illər ərzində ödəmişdir. Həmçinin kombini təmir elətdirmiş, hamamın su kranlarını da dəyişdirmişdir. Kanalizasiya tutulmuş, usta çağırıb mətbəxdə olan su və kanalizasiyanı kapron borularını yenilənmişdir. Gəncə şəhəri, 4-cü dalan, ev 8-ə 3000-ə yaxın Bakı kubiki və Ukrayna istehsalı olan düraliminium şiferdən 100-ə yaxın qardaşı yolladığı pulla almışdır. Həmin evin kommunal xərclərini illər ərzində bacısı H.Aybəniz çəkmişdir. Hal-hazırda həmin evi mərhumun qardaşının övladı Çinarəyə bacıları və o, ata mülkündən düşən paydan imtina edib ona bağışlamışlar. Gəncə şəhəri, Avtozavod qəsəbəsindəki evdə su olmadığından maşınlarla su almış və nəhayət 200 metr kapron boru vasitəsilə su çəkdirmişdir. Yeraltı su hovuzu çökmüş, yenidən usta çağırıb təmir etdirmişdir. Su motorlarının, gidrafonu yenidən alıb düzəltdirmişdir. 8 ədəd taxta aynaları çıxarıb yerinə plastik aynalar qoydurmuş usta çağırıb aynaların qıraqlarını suvaqlayıb və oboy alıb çəkdirmişdir. 3 ədəd seyf qapı düzəltdirmişdir. Evin damından yağış yağıb evləri batırmışdır evin damını təzə “çerapiça” şiferi atıb, usta çağırıb düzəltdirmişdir. İkinci mərtəbədə 8mx4m olan otağı yenidən suvaqladaraq oboy çəkdirmişdir. Həmçinin, mətbəxi də yenidən suvaqladıb oboy çəkdirmişdir. Bir sözlə iki otağı təmir elətdirmişdir. Evin hər tərəfinə kamera video görüntü çəkdirmişdir. Evə diktofon video görüntü, avtomatik qapı açılması düzəltdirmişdir. 2 mərtəbəli evin kombi su sistemini kapron boru alıb yenidən çəkdirmişdir. Təzədən usta çağırıb radiatorların və su borularının qıraqlarını üzlədib, divar kağızı çəkdirmişdir. Evin kommunal xərclərini illər boyu ödəmişdir. Həmin evi də rəhmətlik qardaşının övladı H.Tamerlana bacıları və o ata mülkündən düşən paydan imtina edib ona bağışlamışlar. Rəhmətlik qardaşı Ceyhunun birinci ailəsindən olan övladı Günelə ailə həyatı qurması üçün 25 min manatdan artıq pul xərcləmişdir (Nişan, mebel və ev əşyaları, toy xərcləri və s. Bakı şəhərində). X47 Federasiyası Maqadan şəhərində meyvə satmış və işini dəyişməyinə görə Bazarda Tikinti materialları işinə başlamaq üçün ailə büdcələrindən 2008-ci ildə qardaşı Ceyhuna atası H.Raiz Cabbar oğlu 20000 ABŞ dolları yollamışdır. 2019-cu ilin dekabrında qardaşı xəstə olduğu üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. 500 manatlıq ərzaq aparmışdır. 170 manat təyyarə baqajına pul ödəmişdir. Moskva şəhərinə gedib-gəlmək üçün 1500 manat pul xərcləmişdir. 2020-ci ilin mart ayında qardaşı Ceyhun həyat yoldaşı ilə Bakıya gəlmişdir. 2020-ci ilin mart ayının 3də bazarlıq edib Bakıya maşını ilə getmişdir. “Medira” hospitala onu yerləşdirmişdir. Bir aya yaxın ailəsini tək qoyub Bakıda qardaşının yanında qalmışdır. Həkimə aparmış, analiz və dərmanlarının xərclərini çəkmiş, 1000 manat pul xərcləmişdir. Sonra aprel ayının 1-də maşına qoyub pandemiyanın kəskin vaxtında Gəncəyə gətirmişdir. Gəncədə də həmçinin həkim, dərman, analiz və iynələrin xərcini də ödəmişdir. Evə bazarlıqlar etmiş, 600 manat pul xərcləmişdir. O 1997-ci ildən Gəncə şəhəri əhalinin sosial müdafiə mərkəzində müfəttiş vəzifəsində işləmişdir. 1998-ci ildə qardaşı Ceyhun birinci ailəsindən ayrılıb Bakı şəhərindən Gəncə şəhərinə gələndə işləməmişdir 2 il onun cibinə pul qoymuşdur. İşləmək üçün əlinə maya vermişdir. 2000-ci ilin may ayında Rusiya Federasiyasının Maqadan şəhərinə yollayanda yol xərcini və əlinə mayanı da o vermişdir. O və bacılarının qardaşı Ceyhunla mehriban olmuşlar. Onlar bir-birlərinə borc pul verməmişlər. Qardaşı Ceyhun 08 aprel 2020-ci ildə rəhmətə getmiş, onun dəfn xərci və 7 gün yas mərasimi xərcinə 5572 manat pul xərcləmişdir. Ümumilikdə rəhmətlik qardaşı Ceyhun nə qədər bank vasitəsilə pul yollayıb, o pulu Bakıdakı və Gəncədəki evlərin təmiri xərclərinə, atasına, qızı Günelin ailə həyatı qurmasına onun cehizlərinə xərcləmişdir. Onlar bacısının adına olan obyektin tikilməsi üçün qardaşı Ceyhundan və ya Şəfadan pul istəməmişlər. Bacısının adına olan obyektin tikilməsində atası, o və bacısı pul xərcləmişlər. Mağazanın tikilməsinə cəmi 10000 manat pul xərcləmişlər. İddiaçı onlara qarşı apardığı iddia şər və böhtandır. İddiaçı heç bir yerdə işləməmiş, evdar qadın olmuşdur. Qardaşı onun işləməsinə icazə verməmişdir. X41 şəhərindən Moskva və ya Vladivostok şəhərlərinə topdan mal tikinti materialları almağa gedəndə Şəfaya tapşırmışdır ki, qardaşı Rafiqə evlərin təmiri və s. xərclər üçün pul yollasın. Həmin pulları isə bank vasitəsilə yollamışdır. O da həmin pullar ilə evləri təmir etdirmişdir. Həmin pulları "xxxx", “AcsessBank” və digər adlarını xatırlamadığı banklar tərəfindən müxtəlif vaxtlarda götürmüşdür. Ona görə də iddia tələbini qəbul etmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək bildirdi ki, mağaza onun adına olmuşdur. 2012-ci ildə onun adına olan mağaza sökülmüşdür. Qardaşı Cavabdeh2 həmin pulları "xxxx", “AcsessBank” və digər adlarını xatırlamadığı banklar tərəfindən müxtəlif vaxtlarda götürülmüşdür. Qardaşı olan mərhum X30 tərəfindən onlara dəfələrlə pullar göndərilmiş, mərhumun məqsədləri üçün xərclənərək istifadə olunmuşdur. Ümumiyyətlə tikilən mağazadan heç bir gəlir əldə olunmur. Ona görə də iddia tələbini qəbul etmirlər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X24 ifadə verərək bildirdi ki, İddiaçı Rafiq qızı onun bacısıdır. İddiaçı ilə cavabdehlərin arasında olan borc məsələsindən onun xəbəri olmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bacısı Cavabdeh1 və onun həyat yoldaşı mərhum X9 pul istəmişlər. Aybəniz və Ceyhun birgə qazanclarında təxminən 30000-35000 manat Rafiqə qaytarmaq şərti ilə borc olaraq pul göndərmişdir. Əlavə olaraq bildirir ki, bacısı İddiaçı Rafiq qızı 2019-cu ilin sonuna yaxın vaxtlarda digər bacısı X5 500 manat pul istəmiş və həmin pulun Cavabdeh2 ehtiyac olduğunu demişdir. Belə ki, bacısı X27 İddiaçı Rafiq qızına 500 manat pulun Cavabdeh2 vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt onun özünün bir çox xərcləri olduğundan bacısı X27 pulu olmadığını bildirmişdir. Daha sonra bacısı X27 ona zəng edərək pula ehtiyac olmadığını bacıları olan İddiaçı Rafiq qızı pul tapdığını və Cavabdeh2 yoldaşı Ceyhun tərəfindən pul göndərildiyini demişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X27 ifadə verərək bildirdi ki, İddiaçı Rafiq qızı onun bacısıdır. Bacısının həyat yoldaşı mərhum X30 2020-ci ilin aprel ayında vəfat etmişdir. Onlar burda az müddətdə yaşamış, Rusiya Federasiyasına köçüb orada yaşamışlar. Onlar birgə nikah dövründə dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul köçürmələri etmişlər. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 obyekt tikdirdikləri üçün iddiaçıdan pul istəmişlər. O səbəbdən də dəfələrlə onun bacısı olan İddiaçı Rafiq qızı və onun vəfat etmiş həyat yoldaşı X9 pul istəmişlər. Bir dəfə təxminən 2019-cu ilin sonuna yaxın vaxtlarda bacısı olan İddiaçı Rafiq qızı ondan 500 manat məbləğində pul istəmiş, həmin pulun Cavabdeh2 borc vermək üçün ondan istədiyini bildirmişdir. Onda həmin vaxt pul olmadığından məcbur qalıb o da bu barədə digər bacıları olan X10 məlumat vermiş, iddiaçıya lazım olduğunu bildirmişdir. Bacısı olan X6 da həmin məbləğdə pul olmadığı üçün onlar bacıları İddiaçı Rafiq qızına pul verə bilməmişlər. Sonra isə bacısı ona pul lazım olmadığını və həyat yoldaşı X14 başqa adamdan göndərmək üçün pul tapdığını demişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı Rafiq qızı və onun vəfat etmiş həyat yoldaşı X30 ilə aralarındakı pul köçürmələrinin nə məqsədlə istifadə edəcəkləri özləri bilmişlər. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X34 ifadə verərək bildirdi ki, Cavabdeh2 tanıyır. Onun qardaşı ilə bir sinifdə oxumuşdur. Cavabdehin evində təmir işləri görmüşdür. Ev iki mərtəbəli olmuşdur. Həmin evin ikinci mərtəbəsində 2018- 2019-cu illərdə təmir etdimişdir. Təmir zamanı bahalı divar kağızlarından istifadə olunmuşdur. Həmin zaman 1000 manata yaxın pul xərclənmişdir. Sonra isə evin damında bəzi işlər görülmüşdür. Gəncə şəhəri Avtozavod qəsəbəsində yolun kənarında cavabdehin qardaşı X1 evində işləmişdir. Cavabdeh2 deməsinə görə həmin ev Ceyhuna məxsus olmuşdur. Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən evə su çəkmiş, lakin orada aparılan ümumi təmir xərclərinin məbləğini bilmir. Sadəcə usta kimi işləmişdir. Həmin vaxt kombi sistemini də düzəltmişdir, lakin nə qədər əl haqqı aldığını bilmir. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X28 ifadə verərək bildirdi ki, Cavabdeh2 tanıyır. Cavabdehin evində 2018-ci ildə fəhlə kimi işləmiş və X34 ilə birlikdə evin şiferini təmir etmişdir. Başqa heç bir yerdə işləməmişdir. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X35 ifadə verərək bildirdi ki, o, kombi ustasıdır. Cavabdeh2 tanıyır. Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən evə kombi çəkmişdir. Həmçinin, Cavabdeh2 məxsus evdə də işləmişlər. Cavabdehin dediyinə görə Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən ev cavabdehin qardaşının evi olmuşdur. Həmin təmir işləri üçün 250 manat məbləğində pul almışdır. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X29 ifadə verərək bildirdi ki, İddiaçı Rafiq qızını tanıyır. İddiaçı X1 ikinci həyat yoldaşıdır. O Ceyhunun ilk nikahından olan övladıdır. İddiaçı Vaqif qızı ilə münasibətləri yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır. Onun bibisi və xalasıdır. X4 ilə Cavabdeh2 arasında pulla bağlı olan hər hansı iş məsələsi olmamışdır. 2018-ci ilin sonlarında atası Ceyhun əmisi Rafiqə pul göndərmiş, əmisi Rafiq də onun toy və nişan xərclərini çəkmişdir. 04.01.2019-cu il tarixdə toyu olmuşdur. Əmisi, o və anası ilə birlikdə cehiz və digər xırda əşyaları gedib almışlar. Onun atası ilə münasibətləri normal olmuşdur. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X15 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. İddiaçı Rafiq qızı X1 həyat yoldaşıdır. İddiaçı ilə münasibətləri yaxşı deyildir. Ceyhun onun qardaşı olan Cavabdeh2 pul göndərmiş, onlar da sonuncunun evlərini təmir etdirmişdir. 2020-ci ilin dekabr ayında atası vəfat etmişdir. 2008-ci ildə onlar Hüseynov Ceyhuna 20000 ABŞ dolları məbləğində pul göndərmişlər. Ceyhun tərəfindən göndərilmiş pullar ilə onun Bakı və Gəncə şəhərində olan evlərini təmir etdirmişlər. X1 birinci nikahından doğulmuş X8 2018-ci ildə nişan mərasimi olmuş və 2019-cu ildə isə toy mərasimi olmuşdur. Nişan olan zaman 5000 manat məbləğində xərc çəkilmişdir. ünvan 2 ünvanda yerləşən obyekti atası almışdır. X38 neçənci illərdə və ümumilikdə hansı məbləğdə pul göndərməsini dəqiq bilmir. İş materiallarına əlavə edilmiş 05 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən 08.04.2020-ci ildə vəfat etmiş X14 vərəsələri: arvadı – İddiaçı oğlu, oğlu – X13, oğlu – X32 və qızı – X7 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.44 kv/m olan mənzilə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 16.04.2020-ci il tarixli, AZ-İİ seriyalı, 082505 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X30 08 aprel 2020-ci il tarixdə “baş bronxların bədxassəli yenitörəməsi” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 16.04.2020-ci il tarixində 550 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2013-cü il tarixli torpaq sahəsi ayrılması haqqında Sərəncamından görünür ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən 50,0 kv.m boş torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa ediləcək mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(044)-2885/2021 saylı qərardadından görünür ki, iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Rafiq qızının Cavabdeh2 qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh2 iddiaçı X7 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin tərəfləri arasında 30.09.2021-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilməsi, 1. X31 və X11 qanunu nümayəndəsi İddiaçı Rafiq qızının iştirakı və razılığı ilə, X2 qanuni nümayəndəsi İddiaçı Rafiq qızı mərhum X12 miras qalmış Gəncə şəhəri, Atatürk 253 a ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə yazılı razılıq verir və həmin əmlaka münasibətdə iddiasından imtina edir. 2. Cavabdeh2, Cavabdeh1, X15 mərhum ataları X12 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, X58 prospekti, ev 146, mənzil 35, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi, Məmmədağa İsrafilzadə küçəsi 34, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti, 4-cü dalana olan bütün iddialardan və həmin əmlaklarla bağlı qaldırdıqları bütün məhkəmə iddialarından imtina edirlər. Həmin evləri (açarları ilə birlikdə) barışıq sazişi bağlandığı andan dərhal İddiaçı Rafiq qızına təqdim edirlər və hər hansı formada hüquqlarının olmadığını bu barışıq sazişi ilə bir daha təsdiq edirlər. 3. Tərəflər hazırki mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər və məhkəmədə olan iddialarından imtina edirlər. İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Rafiq qızının Cavabdeh2 qarşı evdən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh2 iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı Rafiq qızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədləri ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında 17.09.2004-cü il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh1 ********** nömrəli VÖEN hesabı ilə vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 23.05.2014-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42a ünvanında yerləşən ümumi sahəsi 71.44 kv/m olan 121 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 2121 nömrəli reyestr kitabının 196259 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 21.02.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən ümumi sahəsi 0.05 ha olan bağ evi xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 184 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 12.08.2010-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.0563 ha olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 01.03.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X58 prospekti, ev 146, 35 ünvanında yerləşən ümumi sahəsi 48,9 kv/m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 1594 nömrəli reyestr kitabının 145964 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 14.02.2022-ci il tarixli, **********117900 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 01.01.2014-cü il tarixdən 14.02.2022-ci il tarixədək vergi orqanına fəaliyyəti ilə bağlı hər hansı bəyannamə təqdim olunmamışdır. Bununla da həmin dövrlər üzrə fəaliyyətinin olub-olmaması barədə hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08.04.2022-ci il tarixli, 001/007/2061/2022 nömrəli Cavabdeh1, Cavabdeh2, İddiaçı Rafiq qızı və X30 tərəfindən həyata keçirilmiş pul köçürmə əməliyyatları barədə çıxarışdan görünür ki, X30 tərəfindən Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq 30.06.2016-cı il tarixdə 6927.3 manat, 01.07.2016-cı il tarixdə 3085 manat, 10.03.2017-cı il tarixdə 882 manat, 19.06.2017-ci il tarixdə 279,3 manat, 19.06.2017-ci il tarixdə 294 manat, 23.10.2017-ci il tarixdə 147,5 manat, 25.12.2017-ci il tarixdə 291 manat, 11.02.2020-ci il tarixdə 500 manat, 13.02.2020-ci il tarixdə 250 manat, 22.01.2019-cu il tarixdə 640 manat, 08.04.2019-cu il tarixdə 156 manat, 30.07.2019-cu il tarixdə 200 manat, 14.08.2019-cu il tarixdə 200 manat, 19.01.2018-ci il tarixdə 1193,68 manat, 22.01.2018-ci il tarixdə 600 manat, 16.03.2018-ci il tarixdə 296 manat, 16.03.2018-ci il tarixdə 592 manat, 01.06.2018-ci il tarixdə 272 manat, 14.06.2018-ci il tarixdə 81, 6 manat olmaqla, ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və 26.12.2016-cı il tarixdə 578 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24.01.2022-ci il tarixli, 016006 nömrəli məktubundan görünür ki, İddiaçı Rafiq qızı və X30 tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər hansı bir köçürülmə həyata keçirilməmiş və sonrakılar tərəfindən hər hansı pul köçürülməmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsini, cavabdehlərin və şahidlərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər iddiaçının mərhum əri Ceynunun qardaş və bacısıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən obyektin tikilərək qazanc əldə edilməsi üçün və bir müddət gəlir əldə etdikdən sonra geri qaytarmaq şərti ilə mərhum X9 borc pul istəmişlər. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş pul köçürmə əməliyyatları barədə çıxarışa əsasən, X43 Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq 30.06.2016-cı il tarixdən 13.02.2020-ci il tarixə qədər olan müddət ərzində ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və 26.12.2016-cı il tarixdə 578 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. Daha sonra X30 08 aprel 2020-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 08.04.2020-ci ildə vəfat etmiş X14 vərəsələri: arvadı – İddiaçı oğlu, oğlu – X13, oğlu – X32 və qızı – X18 müəyyən edilmişdir. Cavabdehlər borcunu geri qaytarmadığı üçün iddiaçı X43un qanun üzrə vərəsəsi olan arvadı İddiaçı Rafiq qızı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər isə məhkəmə iclasında iddia tələbinin əsassız olaraq təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ yaradır. Buna görə də məhkəmə hesab edir ki, X1 arvadı qanun üzrə vərəsəsi olan İddiaçı Rafiq qızı iddia qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqlarının və X19 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (MM 1092.1.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; (MM 1092.1.2.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli qərardadı ilə, İddiaçı və mərhum həyat yoldaşı X30 tərəfindən X20 Vilayətinin Madaqan şəhərindən bank vasitəsi ilə cavabdehlər xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 (FİN:xxxxxxx) və xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 (FİN: xxxxxxx) hansı məbləğdə pul göndərilməsi, bankdan cavabdehlər tərəfindən hansı məbləğdə pul götürülməsini təsdiq edən məlumatlar (arayışlar) "xxxx" QSC-nin Gəncə filialı, "xxxx" ASC-nin Gəncə filialı və Azərbaycan Respublikasının Mərkəzi Bankından 18.01.2022-ci il tarixədək məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən, "xxxx" ASC tərəfindən “Cavabdeh1, Cavabdeh2 - İddiaçı Rafiq qızı və X30” tərəfindən həyata keçirilmiş pul köçürmə əməliyyatları barədə məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, X30 tərəfindən Rusiya Federasiyasından ümumi dövriyyə ekvivalentinə uyğun olaraq 30.06.2016-cı il tarixdə 6927.3 manat, 01.07.2016-cı il tarixdə 3085 manat, 10.03.2017-cı il tarixdə 882 manat, 19.06.2017-ci il tarixdə 279,3 manat, 19.06.2017-ci il tarixdə 294 manat, 23.10.2017-ci il tarixdə 147,5 manat, 25.12.2017-ci il tarixdə 291 manat, 11.02.2020-ci il tarixdə 500 manat, 13.02.2020-ci il tarixdə 250 manat, 22.01.2019-cu il tarixdə 640 manat, 08.04.2019-cu il tarixdə 156 manat, 30.07.2019-cu il tarixdə 200 manat, 14.08.2019-cu il tarixdə 200 manat, 19.01.2018-ci il tarixdə 1193,68 manat, 22.01.2018-ci il tarixdə 600 manat, 16.03.2018-ci il tarixdə 296 manat, 16.03.2018-ci il tarixdə 592 manat, 01.06.2018ci il tarixdə 272 manat, 14.06.2018-ci il tarixdə 81, 6 manat olmaqla, ümumilikdə 17.547,88 manat məbləğində pul Cavabdeh2 və 26.12.2016-cı il tarixdə isə 578 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür. Həmçinin, "xxxx" QSC-nin məhkəməyə ünvanlandığı məktubdan görünür ki, İddiaçı Rafiq qızı və X30 tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər hansı bir köçürülmə həyata keçirilməmiş və sonrakılar tərəfindən hər hansı pul köçürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri Ceyhun Hüseynovun cavabdehlərə pul göndərməsi faktı cavabdehlər tərəfindən təkzib olunmamışdır. Lakın cavabdehlər göndərilən pulun məbləğini dəqiq qeyd edə bilməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərə Ceyhun Hüseynov tərəfindən 2016-2020-ci illərdə pul göndərilməsi faktı işin mübahisəsiz halıdır. Lakin cavabdehlər göndərilən pulla cavabdehin mərhum əri Ceyhun Hüseynovun tapşırığına əsasən müəyyən işlər görməsi, bundan başqa onun ölümündən sonra yas mərasiminə xərclədiyini bildirsə də buna dair tutarlı sübutları məhkəməyə təqdim edilə bilməmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının məhkəmə iclasında sübut etdiyi hissədə iddia əsaslıdır. Başqa sözlə X14 Cavabdeh2 17.547,88 manat, Cavabdeh1 isə 578 manat pul göndərməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumatları ilə də təsdiq olunmuşdur. Məhkəmə, cavabdehlər tərəfindən dəvət edilmiş şahid X34, X28 və X25 məhkəməyə verdiyi ifadələrə münasibət bildirərək qeyd edir ki, təmir işlərində iştirak edən ustalar, yəni göstərilən şahidlər hansı evlərdə təmir işlərinin aparılmasını və nə qədər məbləğdə xərclərin çəkilməsi barədə dəqiq məlumat göstərmədiklərindən onların ifadəsi qeyri müəyyən ifadə kimi qiymətləndirilməli və hər hansı sübut kimi əhəmiyyət kəsb etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, qeyd edilən şahidlərin hansı vaxtlarda təmir işləri aparılması dəqiqləşdirildikdə isə təxminən 2018-2019-cu illərdə işlədiklərini qeyd etmişlər. Bundan əlavə Cavabdeh2 da evində təmir işlərinin aparılmasında iştirak etdiklərini bildirmişlər. Göründüyü kimi, şahid qismində dindirilən ustaların dəqiq olaraq hansı evlərdə, hansı vaxtlarda işlərin görülməsini və nə qədər xərclərin çəkilməsi barədə məhkəməyə dəqiq məlumat verə bilməmişlər. Şahidlər 2018-2019-cu illərdə təmir işlərinin görülməsini bildirmişlər, lakin X43 30.06.2016-cı il tarixdən cavabdehə pul göndərməyə başlamışdır. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ceyhun Hüseynov tərəfindən göndərilən pul təmir işlərindən xeyli əvvəl cavabdehlərə göndərilmişdir. Həmçinin, məhkəmə, cavabdehlər tərəfindən dəvət edilmiş digər şahidlər X29 və X3 məhkəməyə verdiyi ifadələrə münasibət bildirərək qeyd edir ki, şahidlər heç bir borc məsələsinin olmadığını və X43 tərəfindən göndərilmiş pulun 2018-2019-cu illərdə Ceyhunun birinci nikahından olan X8 nişan və toy mərasimləri üçün 5000 manat məbləğində pulun xərcləndiyini bildirmişlər. Bununla da, məhkəmə cavabdehlərin təşəbbüsü ilə dəvət edilmiş X29 və X3 ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, göstərilən şahidlər tərəflər arasında pul mübahisənin olmasını bildirsələr də mübahisənin nəticəsi olaraq X43un obyekt tikilməsi üçün borc müqabilində yox, Ceyhunun birinci nikahından olan qızının (X8) 2018-2019-cu illərdə keçirilən nişan və toy mərasimləri üçün Cavabdeh2 göndərilməsi barədə göstərdikləri xüsusat cavabdehlərlə doğma bacı qardaş, əmi və bibi münasibətində olduğundan, yəni cavabdehlərlə münasibətləri yaxşı olduğundan onların maraqlarının təmin olunması yönümündə verilən ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı ilə şahidlər Günel Paşayeva və Gülbəniz Hüseynovanın münasibətləri pisdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982- ci il tarixli qərarı; “X45rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür Həmçinin, X1 Cavabdeh1 və Cavabdeh2 35.000 manat pulun (18.125,88 manat hissəsi istisna olmaqla) qalan hissəsinin verməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən tələbi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi pul köçürmələri ilə bağlı çıxarışların və digər sənədlərin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti deyil, yalnız kserosurətləri təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh1 578 manat, digər Cavabdeh2 isə 17.547,88 manat borc pul tutularaq, İddiaçı Rafiq qızına ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,03 faizi həcmində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 220 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 35.000 manat pul məbləğində olan iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən 17.547,88 manat hissəsi iddia tələbinin 50 faizdən artıq hissəsini təşkil etdiyindən 110 manat (ödənilmiş 220 manat dövlət rüsumunun 50 faiz hissəsi) dövlət rüsumu, Cavabdeh1 münasibətdə isə təmin edilən 578 manat hissəsi iddia tələbinin 1 faizdən artıq hissəsini təşkil etdiyindən 9.53 manat (ödənilmiş 220 manat dövlət rüsumunun 1 faizdən artıq hissəsi) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 578 (beş yüz yetmiş səkkiz) manat və digər Cavabdeh2 isə 17.547,88 (on yeddi min beş yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc pul tutularaq, İddiaçı Rafiq qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci qismində Cavabdeh1 9.53 (doqquz manat əlli üç qəpik) manat və Cavabdeh2 isə 110 (bir yüz on) manat alınıb iddiaçıya İddiaçı Rafiq qızına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-260/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-260/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver