Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2607/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə 858 manat borc, 86 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 974 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx»MMCilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********28496 olan HOFFMANN X MAX markalı telefon, X3 10000mah-original, Piko cover case for Samsung A6 aksesuar, Earphone Havit HV-H961BT Bluetooth Black qulaqcıq, İMEİ kodu **********60633 olan Samsung Galaxy A7 markalı telefon almış və nəticədə944 (doqquz yüz qırx dörd) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 522(beş yüz iyirmi iki)manat(18 ay x 29 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********28496 olan HOFFMANN X MAX markalı telefon üçün 160 (yüz altmış) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) olan X3 10000mah-original üçün 35 (otuz beş) manat olmaqla ondan 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 42 (qırx iki) manat (6 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan Piko cover case for Samsung A6 aksesuar və Earphone Havit HV-H961BT Bluetooth Black üçün 31 (otuz bir) manat olmaqla ondan 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1044 (min qırx dörd) manat (12 ay x 77 manat + 120 manat ilkin ödəniş) olan Samsung Galaxy A7 telefon üçün 718 (yeddi yüz on səkkiz) manat olmaqla ondan 653 (altı yüz əlli üç) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 822 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 522 manat olan HOFFMANN X MAX markalı telefonu 18 ay ərzində hər ay 29 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 15-i tarixində ayda 29 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 72 manat olan X3 10000mah-original adlı malı 12 ay ərzində hər ay 6 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 27-i tarixində ayda 6 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 42 manat olan Piko cover case for Samsung A6 aksesuar və Earphone Havit HV-H961BT Bluetooth Black adlı malları 6 ay ərzində hər ay 7 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay ərzində hər ayın 23-ü tarixində ayda 7 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 1044 manat olan Samsung Galaxy A7 markalı telefonu 120 manat ilkin ödəniş etmək, 12 ay ərzində qalan məbləği hər ay 77 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 26-ı tarixində ayda 77 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 377 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 14 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 391 manat ödəniş etmiş, müvafiq olaraq 145, 32, 28 və 653 manat borcu qalmışdır. Cavabdeh həmin müqavilələr üzrə müvafiq olaraq 150 gün, 150 gün, 120 gün və 240 gün gecikməyə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 145 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 28 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 653 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu olmaqla, cəmi 944 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 28 (iyirmi səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 653 (altı yüz əlli üç) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu olmaqla, cəmi 944 (doqquz yüz qırx dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, cəmi 974 (doqquz yüz yetmiş dörd) manat pul tutularaq iddiaçı ABC X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2607/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2607/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver