Məhkəmə qərarları › İş №2(043)-2615/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2615/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2615/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASCnin Cavabdehqarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin Cavabdehqarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 148,38 manat əsas borc, 24,23 manat faiz, 4,46 manat cərimə borcu olmaqla, cəmi 177,07 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 60 ay müddətinə, 500 manatadək kredit limiti ayırır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”.Müqavilənin 8.3-cü bəndinə əsasən,”Müştəri krediti bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə ödəniş müddətin sonundan başlayaraq, Bank Müştəriyə qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən- 360%dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin 180%-dən- 360%-dək miqdarında cərimə tətbiq edir. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASCyə 148,38 manat əsas, 24,23 manat faiz, 4,46 manat cərimə, cəmi 177,07 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 30% olmaq şərti ilə 60 ay müddətinə, 500 manatadək kredit limiti ayırır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Müqavilənin 8.3-cü bəndinə əsasən,”Müştəri krediti bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə ödəniş müddətin sonundan başlayaraq, Bank Müştəriyə qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən- 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin 180%-dən- 360%-dək miqdarında cərimə tətbiq edir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə borcalan Cavabdeh 10153tkKPZ/14 saylı kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASC-yə olan borcu 148,38 manat əsas borc, 24,23 manat faiz, 4,46 manat cərimə borcu olmaqla, cəmi 177,07 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub qət etdi: İddia təmin edilsin. Cavabdeh 148,38 manat əsas borc, 24,23 manat faiz, 4,46 manat cərimə borcu olmaqla, cəmi 177,07 (bir yüz yetmiş yeddi manat yeddi qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar