Məhkəmə qərarları › İş №2(043)-2639/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2639/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2639/2020 05.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-ninCavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxxxxx” KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclu Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 4935,32 manat əsas, 935,59 manat faizi olmaqla, cəmi 5870,91 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30% faiz ödəmək şərti ilə, 60 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 5000 manat təyin edilir, kart təqdim edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə əsasən bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 3%, maksimum 5%, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 8.3-cü bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini l(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun xx.xx.2020-ci il tarixinə xxxxxxx KB ASC-yə 4935,32 manat əsas, 935,59 manat faizi olmaqla, cəmi 5870,91 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən, “xxxxxxx” KB ASC borclu Cavabdeh 4935,32 manat əsas, 935,59 manat faizi olmaqla, cəmi 5870,91 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, borcunu etiraf edir. Borcun hissəhissə ödənilməsində köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “xxxxxxx” KB ASC ilə cavabdehin arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən borcluya 84 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək 5000 manat məbləğində kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-cı il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli 12597tkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən 4935,32 manat əsas, 935,59 manat faizi olmaqla, cəmi 5870,91 manat borcu vardır. İş materiallarına əlavə edilmişxx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh “xxxxxxx” KB ASC tərəfindən hesaba pul köçürülməsi üçün kart verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30% faiz ödəmək şərti ilə, 60 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 5000 manat təyin edilmiş, kart təqdim edilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödənişlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə borc məbləğlərinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4935,32 manat əsas, 935,59 manat faiz borcu olmaqla, cəmi 5870,91 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərci qismində 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4935,32 manat əsas, 935,59 manat faiz borcu, məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 5900,91 (beş min doqquz yüz manat doxsan bir qəpik) manat pul tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar