Məhkəmə qərarları › İş №2(043)-2653/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2653/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2653/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1119 manat borc, 112 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1261 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx»MMCilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********27879 olan HOFFMANN X PRİME markalı telefon, İMEİ kodu **********18217 olan HOFFMANN X PRİME markalı telefon, Sonorous Surefix asqı, LG markalı LCD televizor almış və nəticədə1231 (min iki yüz otuz bir) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 614 (altı yüz on dörd)manat(18 ay x 33 manat + 20 manat ilkin ödəniş) İMEİ kodu **********27879 olan HOFFMANN X PRİME, İMEİ kodu **********18217 olan HOFFMANN X PRİME markalı telefon, Sonorous Surefix asqı üçün 553 (beş yüz əlli üç) manat olmaqla ondan 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (24 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan LG markalı LCD televizor üçün 678 (altı yüz yetmiş səkkiz) manat olmaqla ondan 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 167 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00683635 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən ümumi qiyməti 614 manat olan, İMEİ kodu **********27879 olan HOFFMANN X PRİME markalı telefonu, İMEİ kodu **********18217 olan HOFFMANN X PRİME markalı telefonu, Sonorous Surefix asqını, 20 manat ilkin ödəniş etmək, 18 ay ərzində qalan məbləği hər ay 33 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 30-u tarixində ayda 33 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00683719 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 672 manat olan LG markalı LCD televizoru, ilkin ödənişsiz və 24 ay ərzində qalan məbləği hər ay 28 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 31-i tarixində ayda 28 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli, 00683635 saylı müqavilə üzrə 111 manat, xx.xx.2019-cu il tarixli 00683719 saylı müqavilə üzrə 56 manat ödəniş etmiş, müvafiq olaraq 503 və 616 manat borcu qalmışdır. Cavabdeh həmin müqavilələr üzrə 300 gün gecikməyə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə öz öhdəliyini tam və vaxtında icra etmədiyindən iddiaçı satılmış malların qalıq dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli 00683635 saylı müqavilə üzrə 503 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00683719 saylı müqavilə üzrə 616 manat ödənilməmiş hissə, 62 manat dəbbə pulu olmaqla, cəmi 1231 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00683635 saylı müqavilə üzrə 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00683719 saylı müqavilə üzrə 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat dəbbə pulu olmaqla, cəmi 1231 (min iki yüz otuz bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, cəmi 1261 (min iki yüz altmış bir) manat məbləğində pul tutularaq iddiaçı ABC X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar